Sabah Azərbaycanda güclü külək əsəcək

Azərbaycanda bazar gününə - dekabrın 31-nə olan hava proqnozu açıqlanıb.
Sabah Azərbaycanda güclü külək əsəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər zəif duman, çiskin olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-7, gündüz 10-15, Bakıda gecə 5-7, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında, əsasən, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanın Müdafiə naziri Çinə rəsmi səfər edəcək
Azərbaycanın Müdafiə naziri Çinə rəsmi səfər edəcək
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov
Monitorinq insidentsiz başa çatıb
Monitorinq insidentsiz başa çatıb
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun
Yeni nazirdən bir gündə 5 təyinat
Yeni nazirdən bir gündə 5 təyinat
Bundan öncə Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya və İctimaiyyətlə
reklam
İlham Əliyev
İlham Əliyev - Heç bir ölkə bizi Türkiyə qədər dəstəkləmədi
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb
Ərdoğan: “Qarabağ münaqişəsi beynəlxalq hüquq prinsipləri çərçivəsində həll olunmalıdır”
Ərdoğan: “Qarabağ münaqişəsi beynəlxalq hüquq prinsipləri çərçivəsində həll olunmalıdır”
“Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümüdür. Bununla
Prezident İlham Əliyev:
Prezident İlham Əliyev: "Türkiyə-Azərbaycan qardaşlığının, dostluğunun çox böyük gələcəyi var"
"Prezident seçkilərindən sonra ilk səfərimi qardaş ölkəyə etdim. Bu
 
XİA.az - TƏQDİMAT