Sosial müavinət alanların NƏZƏRİNƏ - Nazirlər Kabineti QAYDALARI dəyişdi

Sosial müavinət alanların NƏZƏRİNƏ
Nazirlər Kabineti "Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları"na dəyişiklik edib.

XİA.az report-a istinadən xəbər verir ki, bu barədə qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Dəyişikliyə əsasən işsizlik müavinəti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin şəhər, rayon əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən sosial sığorta ödəyicisi və əmək pensiyası hüququ olmayan şəxslərə, o cümlədən Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (dövlət qulluqçularına ömürlük müavinət) sosial müavinətlərin, ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və kompensasiyanın təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarından çıxarılıb.

İşsizlik müavinətinin təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsinin, baxılmasının və saxlanılmasının Nazirlər Kabinetinin 2002-ci il qərarı ilə təsdiq edilmiş "İşsizlik müavinətinin hesablanması və ödənilməsi Qaydaları" ilə tənzimlənməsi ləğv edilib.

Qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanın Müdafiə naziri Çinə rəsmi səfər edəcək
Azərbaycanın Müdafiə naziri Çinə rəsmi səfər edəcək
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov
Monitorinq insidentsiz başa çatıb
Monitorinq insidentsiz başa çatıb
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun
Yeni nazirdən bir gündə 5 təyinat
Yeni nazirdən bir gündə 5 təyinat
Bundan öncə Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya və İctimaiyyətlə
reklam
İlham Əliyev
İlham Əliyev - Heç bir ölkə bizi Türkiyə qədər dəstəkləmədi
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb
Ərdoğan: “Qarabağ münaqişəsi beynəlxalq hüquq prinsipləri çərçivəsində həll olunmalıdır”
Ərdoğan: “Qarabağ münaqişəsi beynəlxalq hüquq prinsipləri çərçivəsində həll olunmalıdır”
“Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümüdür. Bununla
Prezident İlham Əliyev:
Prezident İlham Əliyev: "Türkiyə-Azərbaycan qardaşlığının, dostluğunun çox böyük gələcəyi var"
"Prezident seçkilərindən sonra ilk səfərimi qardaş ölkəyə etdim. Bu
 
XİA.az - TƏQDİMAT