Siqaret çəkənlər şadlıq saraylarından çıxarılacaq - VİDEO

Siqaret çəkənlər şadlıq saraylarından çıxarılacaq
Bəzi şadlıq saraylarında siqaret çəkən şəxslər zaldan uzaqlaşdırılacaq. Həmin şadlıq saraylarını idarə edən şəxslər belə bir addım atıblar.
XİA.az Xəzər TV-yə istinadən xəbər verir ki, “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanunun qüvvəyə minməsi ilə paytaxtın əksər şadlıq sarayları fəaliyyətlərində müəyyən dəyişikliklər ediblər.

Görünən yerlərə siqaret çəkilməsini qadağan edən nişanlar vurulub.

Şadlıq saraylarından bildirildi ki, qadağanedici nişanların vurulması ilə yanaşı, içəridə siqaretin çəkilməməsi ilə bağlı toy sahiblərinə xəbərdarlıq da edilir. Qonaqların zallarda siqaretdən istifadə etmələrinə isə inzibatçılar nəzarət edir. İnzibatçılar bildirir ki, xəbərdarlığa məhəl qoymayan şəxslər zaldan çıxarılacaq.
Bununla belə restoran sahibləri qonaqlara qanunun tələblərini izah etməyə çalışırlar.

Qeyd edək ki, sözügedən qaydaya əməl etməyənlər 30 manat miqdarında cərimə edilirlər.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanın Müdafiə naziri Çinə rəsmi səfər edəcək
Azərbaycanın Müdafiə naziri Çinə rəsmi səfər edəcək
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov
Monitorinq insidentsiz başa çatıb
Monitorinq insidentsiz başa çatıb
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun
Yeni nazirdən bir gündə 5 təyinat
Yeni nazirdən bir gündə 5 təyinat
Bundan öncə Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya və İctimaiyyətlə
reklam
İlham Əliyev
İlham Əliyev - Heç bir ölkə bizi Türkiyə qədər dəstəkləmədi
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb
Ərdoğan: “Qarabağ münaqişəsi beynəlxalq hüquq prinsipləri çərçivəsində həll olunmalıdır”
Ərdoğan: “Qarabağ münaqişəsi beynəlxalq hüquq prinsipləri çərçivəsində həll olunmalıdır”
“Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümüdür. Bununla
Prezident İlham Əliyev:
Prezident İlham Əliyev: "Türkiyə-Azərbaycan qardaşlığının, dostluğunun çox böyük gələcəyi var"
"Prezident seçkilərindən sonra ilk səfərimi qardaş ölkəyə etdim. Bu
 
XİA.az - TƏQDİMAT