Bolqarıstana səfər etmək istəyənlərin nəzərinə - Konsuldan AÇIQLAMA

Bolqarıstana səfər etmək istəyənlərin nəzərinə
Bolqarıstan Bakı və Sofiya arasında hava reyslərinin açılması ilə əlaqədar Azərbaycandan turist axınının artacağını gözləyir.

Bunu özəl olaraq Trend-ə Bolqarıstanın Azərbaycandakı konsulu Kirill Apostolov deyib.

Onun sözlərinə görə, həmin reys bu il yanvarın 16-dan başlayaraq “Buta Airways” şirkəti tərəfindən həyata keçiriləcək.

Viza məsələləri barədə danışan K.Apostolovun sözlərinə görə, hazırda Bolqarıstan yalnız milli viza verir ki, bu da Şengen zonasına daxil olmaq hüququ vermir: “Amma Bolqarıstan Nazirlər Şurasının qərarına əsasən ölkə Şengen vizası sahibləri üçün birtərəfli qaydada vizasız rejim tətbiq edəcək. Onlar qısamüddətli Bolqarıstan vizasını əldə etmədən 3 aydan artıq olmayaraq ölkəyə daxil ola və yaşaya bilərlər”.

Konsul onu da qeyd edib ki, Bolqarıstan həmçinin Rumıniya, Kipr və Xorvatiya tərəfindən verilən viza və yaşayış icazəsi sahiblərinə də vizasız rejim tətbiq edir: “Bu cür sənəd sahibləri qısamüddətli Bolqarıstan vizasını əldə etmədən 90 gündən çox olmayaraq Bolqarıstanda qala bilər”.

K.Apostolovun sözlərinə görə, Azərbaycan vətəndaşları Bolqarıstan vizalarını Bolqarıstanın Bakıdakı səfirliyinin konsulluq şöbəsindən ala bilərlər. Viza üçün müraciət səyahət tarixindən azı üç ay müddətindən tez olmayaraq edilməlidir: “Azərbaycan vətəndaşları üçün vizanın rəsmiləşdirilməsi üçün ödəniş 35 avro təşkil edir”.

Konsul bildirib ki, viza üçün müraciətlərin sayı mövsümdən asılı olaraq dəyişir: “Adətən viza üçün konsulluq şöbəmizə yay mövsümündə daha çox müraciət olunur. Son iki il yarım ərzində Bolqarıstan səfirliyinin konsulluq şöbəsi heç bir Azərbaycan vətəndaşına viza verilməsindən imtina etməyib. Viza imtinası ilə üzləşməmək üçün lazımi sənədlər siyahısına əməl etmək lazımdır”.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Trampın oğlu: Atam kimi heç kimi enerjili görmədim
Trampın oğlu: Atam kimi heç kimi enerjili görmədim
Amerikalı liderin səhhətinə daim nəzarət edən həkimi Roni Cekson da eyni
Xızıda toqquşan maşınların sürücüləri arasında mübahisə olub, bir nəfər qətlə yetirilib
Xızıda toqquşan maşınların sürücüləri arasında mübahisə olub, bir nəfər qətlə yetirilib
Xızının Giləzi qəsəbə sakinləri - 1980-ci il təvəllüdlü Cəfərov Vaqif
Erməni iş adamlarının adı siyahıda
Erməni iş adamlarının adı siyahıda - Sanksiya
Ermənistanda bahalaşmanın əsas səbəbi bu ölkənin işğalçılıq siyasətini
reklam
Neft ucuzlaşdı
Neft ucuzlaşdı
“Brent” markalı neftin 1 barrelinin dəyəri isə 0,07 dollar və ya 0,10%
Tramp Ağ Evdə Nazarbayevlə görüşüb
Tramp Ağ Evdə Nazarbayevlə görüşüb
Həmçinin ABŞ TŞ-də sədrliyin Qazaxıstana keçməsi ilə əlaqədar Tramp və
İran prezidenti İslam dünyası üçün əsas prioriteti açıqlayıb
İran prezidenti İslam dünyası üçün əsas prioriteti açıqlayıb
“İŞİD ekstremist qruplaşmasının məğlub olmasının əsas müsbət tərəflərindən
 
XİA.az - TƏQDİMAT
FAKT