Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacaq

Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacaq
Yanvarın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-6, gündüz 8-11, Bakıda gecə 4-6, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 55-60 faiz təşkil edəcək.
Yanvarın 7-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdəyağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Müdafiə Nazirliyinin BƏYANATI - Düşmən təxribatının qarşısı sərt şəkildə alınacaq
Müdafiə Nazirliyinin BƏYANATI - Düşmən təxribatının qarşısı sərt şəkildə alınacaq
Ermənistanda hakimiyyəti sona çatmış qanlı və cinayətkar rejimin
Dövlət Turizm Agentliyinə sədr təyin edilib
Dövlət Turizm Agentliyinə sədr təyin edilib
XİA.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan
Diasporla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyin olundu
Diasporla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyin olundu
XİA.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu gün
reklam
Yeni nazir Muxtar Babayev kimdir?
Yeni nazir Muxtar Babayev kimdir? - DOSYE
Azərbaycan prezidenti İlham Əliyevin sərəncamına əsasən, Muxtar Bahadur
Dövlət Miqrasiya Xidmətinə yeni rəis təyin edildi
Dövlət Miqrasiya Xidmətinə yeni rəis təyin edildi
XİA.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu gün
Ceyhun Bayramov təhsil naziri təyin olundu
Ceyhun Bayramov təhsil naziri təyin olundu
XİA.az xəbər verir ki, dövlət başçısı bu vəzifəyə hazırda nazir
 
XİA.az - TƏQDİMAT