Sabah hava küləkli olacaq

Sabah hava küləkli olacaq
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəzlənəcək.
Temperatur gecə 4-6° isti, gündüz 8-11° isti təşkil edəcək.
Yanvarın 8-də Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə zəif duman olacaq, qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, dağlıq ərazilərdə 9-11° şaxta, gündüz 6-11° isti olacaq. Yuxarı Qarabağ - Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti təşkil edəcək. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacaq.
Sabah Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq. Mərkəzi-Aran- Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 7-12° isti təşkil edəcək. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şimal-şərq küləyi əsəcək. Temperatur gecə 5-7° isti, gündüz 9-12° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti olacaq.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Suriyadan şok açıqlama:
Suriyadan şok açıqlama: - Türkiyəni dərhal vuracağıq
Nazir müavini həmçinin türk qırıcılarının Suriyada əməliyyata başlayacağı
İlham Əliyev 6 sərəncam, 1 fərman imzaladı
İlham Əliyev 6 sərəncam, 1 fərman imzaladı
Prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100
Nazarbayev Trampla Putin arasında vasitəçilik edir?
Nazarbayev Trampla Putin arasında vasitəçilik edir?
Qazaxıstan prezidentinin ABŞ-a səfəri əsnasında Vaşinqton-Moskva
reklam
Neft yenidən bahalaşdı
Neft yenidən bahalaşdı
“Brent” markalı neftin 1 barrelinin dəyəri isə 0,21 dollar və ya 0,30%
Ermənilər  mövqelərimizi 126 dəfə atəşə tutub
Ermənilər mövqelərimizi 126 dəfə atəşə tutub
Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində, İcevan
 
XİA.az - TƏQDİMAT
FAKT