QUŞLARIN QAPALI VƏ BAYTARLIQ-SANİTARİYA TƏLƏBLƏRİNƏ CAVAB VERƏN ŞƏRAİTDƏ SAXLANILMASI TÖVSİYƏ OLUNUR

QUŞLARIN QAPALI VƏ BAYTARLIQ-SANİTARİYA TƏLƏBLƏRİNƏ CAVAB VERƏN ŞƏRAİTDƏ SAXLANILMASI TÖVSİYƏ OLUNUR
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) son məlumatlarına istinad edərək bildirir ki, dünyanın bir sıra ölkələrində (İtaliya, Koreya Respublikası, Konqo, İraq, İran, İngiltərə, Rusiya, Əfqanıstan, Çin və digər ölkələrdə) quşlar arasında “quş qripi” xəstəliyi qeydə alınmışdır. Hazırda bu xəstəlik Azərbaycan Respublikası ilə həmsərhəd olan İran İslam Respublikasının da bir çox regionlarında müşahidə edilir. Qonşu ölkədən verilən məlumata görə, İran İslam Respublikasında quşlar arasında “quş qripi” virusunun yayılması və əhalinin sağlamlığının qorunması məqsədilə 25 milyona qədər quş zərərsizləşdirilmişdir. Həmçinin hər gün bu xəstəliyin yayıldığı bildirilmişdir.

Bununla əlaqədar “quş qripi” xəstəliyi baş vermiş ölkələrdən və regionlardan, o cümlədən İran İslam Respublikasından ölkəmizə diri quş və quşçuluq məhsullarının gətirilməsinə qadağa qoyulmuş və bu barədə aidiyyəti qurumlara məlumat verilmişdir.

Respublikamızın quşların “miqrasiya xətti” üzərində yerləşməsini və qonşu ölkədə “quş qripi” xəstəliyinin yayılmasını nəzərə alaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti əhaliyə və quşçuluq təsərrüfatlarının rəhbərlərinə təsərrüfatlarında saxlanılan quşları “quş qripi” xəstəliyindən qorumaq, qabaqlayıcı tədbirlər görmək məqsədi ilə ev və sənaye quşlarının qapalı şəraitdə, baytarlıq-sanitariya qaydalarına uyğun saxlanılmasını tövsiyə edir.

Hazırda “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan hərbçisi Ermənistanın növbəti təxribatı nəticəsində şəhid olub
Azərbaycan hərbçisi Ermənistanın növbəti təxribatı nəticəsində şəhid olub
Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar
Həbsdəki o generalı bağışlamaq olarmı?
Həbsdəki o generalı bağışlamaq olarmı?
14 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunan Naxçıvan Muxtar
Rusiyanın Ermənistana daha hansı yeni silahı verəcəyi üzə çıxdı
Rusiyanın Ermənistana daha hansı yeni silahı verəcəyi üzə çıxdı
Bir neçə ay sonra Yerevan Rusiyadan aşağı radiuslu “Tor M2” zenit-raket
reklam
Bakının mərkəzində əməliyyat:
Bakının mərkəzində əməliyyat: - bankı yarmaq istəyən 17 yaşlı gənc saxlanıldı
Polis əməkdaşları dərhal ərazini nəzarətə götürüb və məlum olub ki,
FTX “pomidor kralı” Vahid Novruzovu həbs edib
FTX “pomidor kralı” Vahid Novruzovu həbs edib
Rusiya Federal Təhlükəsizlik Xidmətinin Moskva İdarəsinin əməkdaşları ötən
Ramazan ayı ərzində toy etmək olarmı?
Ramazan ayı ərzində toy etmək olarmı?
Ramazan ayının başlaması ilə şadlıq evlərinə toy üçün müraciət edənlər
 
XİA.az - TƏQDİMAT