PREZİDENT İLHAM ƏLİYEV ÇAYÇILIĞIN İNKİŞAFINA DAİR 2018–2027-Cİ İLLƏR ÜÇÜN DÖVLƏT PROQRAMINI TƏSDİQLƏYİB

PREZİDENT İLHAM ƏLİYEV ÇAYÇILIĞIN İNKİŞAFINA DAİR 2018–2027-Cİ İLLƏR ÜÇÜN DÖVLƏT PROQRAMINI TƏSDİQLƏYİB
Prezident İlham Əliyev fevralın 12-də “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb.

Çayçılığın inkişaf etdirilməsi, çay məhsullarına tələbatın yerli istehsal hesabına təmin olunması, çayçılığın ixrac potensialının artırılması, kənd əhalisinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədi ilə “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı” təsdiq olunub.

Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanda çayçılıq ənənələrinin inkişaf etdirilməsinə, rəqabətin qorunmasına, çaya olan daxili tələbatın ödənilməsinə və idxaldan asılılığın azaldılmasına, çay emalı məhsullarının ixracının və çayçılıqla bağlı digər sahələrin inkişafına və çayçılıq rayonlarında əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərməklə, ölkənin ümumi aqrar potensialını gücləndirəcək.

Çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramının icrası nəticəsində Azərbaycanda 2027-ci ilədək çay plantasiyalarının 3000 hektara, yaşıl çay yarpağı yığımının 8,5 min tona çatdırılması nəzərdə tutulur.

Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə Maliyyə və İqtisadiyyat nazirlikləri hər il, müvafiq olaraq, dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görəcəklər.

Çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında 2019-cu ilədək çayçılıq sahəsində mütərəqqi sığorta mexanizminin yaradılması da nəzərdə tutulub. Tədbirlər Planının bu bəndini Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası icra edəcək.

Eyni zamanda, Tədbirlər Planına əsasən çayçılıq sahəsində fəaliyyəti tənzimləyən normativ hüquqi baza təkmilləşdirilməli, standartlar beynəlxalq tələblərə uyğunlaşdırılmalı, çay istehsalı və emalı sahəsində keyfiyyətə nəzarətin təkmilləşdirilməsi və daxili bazarın qorunması üçün təkliflər hazırlanmalı, çayçılıq sahəsində fəaliyyət göstərən kiçik ailə kəndli və fermer təsərrüfatlarının könüllülük əsasında kooperasiyası təşviq edilməli, çayçılıq sahəsində mütərəqqi təcrübəsi olan xarici şirkətlərlə əlaqələrin genişləndirilməsi dəstəklənməlidir.

Həmçinin çayçılıq sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi, çayçılığın infrastruktur təminatının yaxşılaşdırılması, bu sahədə dövlət dəstəyi tədbirləri, marketinq fəaliyyətinin gücləndirilməsi və ixracın təşviqi kimi məsələlər də nəzərdə tutulub.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Energetika Nazirliyinin kollegiyasının tərkibi dəyişdirildi
Energetika Nazirliyinin kollegiyasının tərkibi dəyişdirildi
Baş nazir Artur Rasi-zadə “Azərbaycan Respublikası Energetika Nazirliyinin
Prezident nekroloq imzaladı
Prezident nekroloq imzaladı
“Azərbaycan ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Respublikasının
reklam
Suriya ordusu Afrinə girdi
Suriya ordusu Afrinə girdi - Türkiyə ilə dəhşətli döyüş BAŞLANIR
"Afrin bölgəsinin Türkiyə sərhədinə qədər olan ərazisi Şam qüvvələrinin
Abşeronda ağır qəza:
Abşeronda ağır qəza: - ölən və yaralanan var - VİDEO
Fevralın 16-da saat 12 radələrində Abşeron rayonunun Saray qəsəbəsində
Ukrayna tezliklə dağıla bilər
Ukrayna tezliklə dağıla bilər - Saakaşvilidən qorxunc proqnoz
“Ukrayna getdikcə oliqarxların iqtisadi maraqları ucbatından böyük mafioz
 
XİA.az - TƏQDİMAT