Azərbaycanın 27 ili: - Mütəllibovdan Əliyevə...

Azərbaycanın 27 ili:
Azərbaycan müstəqillik qazanandan sonra ilk dəfə 1991-ci il sentyabrın 8-də prezident seçkisi keçirilib. Bu seçkilərdə yeganə namizəd olan Ayaz Mütəllibov Azərbaycan Respublikasının ilk prezidenti seçilib.

Müstəqillik illərində mövcud olan xaos və durğunluq, üstəlik Qarabağ savaşının yaratdığı fəsadlar və Xocalı soyqırımı Mütəllibovun prezidentlik dövrünün tez başa çatmasına gətirib çıxardı. Bu səbəbdən növbəti illərdə - 1992 və 1993-cü illərdə yenidən prezident seçkisi baş tutdu.

1992-ci ildə keçirilən seçkidə Azərbaycan Xalq Cəbhəsinin və Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəy qalib gələrək Azərbaycanın 2-ci prezidenti seçildi. Elçibəyin prezidentlik müddəti də uzun çəkmədi. Hakimiyyətə qarşı ölkənin müxtəlif yerlərində baş qaldıran narazılıq və nəhayət,hərbi qiyamlardan sonra o,vəzifəsini tərk etdi.

Elçibəyin istefasından sonra, 1993-cü ildə növbədənkənar seçkilər keçirildi və Yeni Azərbaycan Partiyasının lideri Heydər Əliyev böyük üstünlüklə qalib gəldi. Heydər Əliyev həm də Azərbaycan tarixində prezidentlik müddətini sonuna qədər icra edən ilk lider oldu.

Onun hakimiyyətə gəlməsindən sonra ölkədə hökm sürən xaos aradan qaldırıldı. İllərdir durğunluq dövrünü yaşayan iqtisadiyyat yenidən dirçəlməyə başladı, ölkənin neft sənayesinin inkişafına start verildi.

1998-ci ildə baş tutan seçkidə Heydər Əliyev növbəti dəfə qalib gəldi. Hakimiyyətinin ikinci dönəmində ölkədə reallaşdırılan iqtisadi layihələrin sayı daha da artırıldı.

2003-cü ildə isə Yeni Azərbaycan Partiyası prezidentliyə İlham Əliyevin namizədliyini irəli sürdü. Seçkidə səslərin 76,8%-ni toplayan İlham Əliyev Azərbaycan Respublikasının yeni prezident oldu.

İlham Əliyev bundan sonrakı dönəmdə baş tutan 2008 və 2013-cü il seçkilərində də öz rəqiblərini böyük səs çoxluğu ilə üstələdi.

Qeyd edək ki, ötən gün keçirilən prezident seçkilərində seçicilərin 86.09% səsini toplayan İlham Əliyev yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.(axar.az)

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Tramp:
Tramp: - “Bir ay əvvəl Suriyada ABŞ və Rusiya arasında şiddətli toqquşma olub"
D.Tramp həmçinin bildirib ki, bir ay əvvəl Suriyada ABŞ və Rusiya
Ermənilərin yaraladığı Ağcabədi sakininin bədənindən qəlpəni götürmək mümkün olmayıb
Ermənilərin yaraladığı Ağcabədi sakininin bədənindən qəlpəni götürmək mümkün olmayıb
“Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kənd sakini Rahim Hacıyev
Qızıl və neft bahalaşıb
Qızıl və neft bahalaşıb
Amerika fond bazarında "Dow Jones" indeksi 0,16% - 24 748,07 bəndədək
reklam
ETSN:
ETSN: - Bakıda tozun miqdarı normadan 30 faiz yuxarıdır
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli
Bakının İrəvan siyasəti:
Bakının İrəvan siyasəti: - Sərkisyan elə bir etiraf etdi ki...
Bu sözləri Axar.az-a açıqlamasında Serj Sərkisyanın ötən gün Ermənistan
Erməni ordusu cəbhədə təxribat törətdi:
Erməni ordusu cəbhədə təxribat törətdi: - yaralı var
Aprelin 18-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci
 
XİA.az - TƏQDİMAT