Əli Həsənovun nəvəsi yenidən məhkəmə qarşısında

Əli Həsənovun nəvəsi yenidən məhkəmə qarşısında















Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev yenidən məhkəmə qarşısına çıxarılacaq.
Nail Allahverdiyevin vəkili apellyasiya şikayətinin müddətinin bərpa edilməsi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət ünvanlayıb. Ancaq fevral ayının 13-də keçirilən məhkəmə prosesində hakim müddəti bərpa etməyib. Vəkil müddətin bərpası ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Sabah hakim Faiq Qasımovun sədrliyi ilə vəkilin apellyasiya şikayətinə baxılacaq.

Qeyd edək ki, ötən il dekabr ayının 18-də Bakı Ağır Cinayətlər Məhkəməsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev barəsində qərar verib. N.Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 264 (Yol nəqliyyat hadisəsi yerindən qaçma) və 263.3-cü (yol hərəkəti qaydalarını pozma — iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirli bilinib.

Xatırladaq ki, 2017-ci il avqustun 3-də axşam saat 21:30 radələrində Heydər Əliyev prospektindəki Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının binası qarşısında Azərbaycanın baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin idarə etdiyi "Mercedes Gelandewagen" markalı avtomobillə 99 FS 777 dövlət nömrə nişanlı "Mazda" markalı avtomobilin yarışı zamanı ağır yol-nəqliyyat hadisəsi baş verib. Yüksək sürətlə hərəkət edən "Gelandewagen"-in sürücüsü qarşıdakı maşına dəyərək idarəetməni itirib və əsas yoldan ikinci dərəcəli yola çıxaraq səkidə dayanan 3 piyadanı vurub.
Nəticədə maşın yanıb. Üstəlik iki nəfər — avtomobilin sərnişini və piyada ölüb. Daha iki piyada — Türkiyə vətəndaşları olan Mütəllib və Songül Tekiş cütlüyü isə ağır bədən xəsarətləri alıb.

Dekabrın 18-də keçirilən məhkəmə prosesində dövlət ittihamçısı Ramin Nağdəliyev məhkəmədən Allahverdiyevin işindən 264-cü maddənin (Yol nəqliyyat hadisəsi yerindən qaçma) çıxarılmasını xahiş edib və müttəhimə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib.

Nail Allahverdiyevin müdafiəsinin onun hadisə yerindən qaçmadığı və bu barədə ittihamın özünü doğrultmadığı ilə bağlı qaldırdığı vəsatəti təmin edərək məhkəmə müttəhimi AR CM-nin 264-cü maddəsi ilə təqsirli bilməyib.

Qeyd edək ki, ölkədə böyük rezonans doğurmuş qəzadan 3 gün sonra — avqustun 6-da Mazda markalı avtomobilin sürücüsü Mirməhəmməd İsmayılov saxlanılıb. Nərimanov rayon məhkəməsi onun haqqında 1 aylıq inzibati həbs qərarı seçib. Allahverdiyev də elə həmin gün saxlanılıb. Xətai rayon məhkəməsi onun haqqında 4 aylıq həbs qətimkan tədbiri seçib.

Xatırladaq ki, Nail Allahverdiyev 6 il cəza aldıqdan sonra apellyasiya şikayəti verməyəcəyini bildirmişdi.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinən Lalə
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,
Deputatın oğlu məhkəmədə ifadə verib
Deputatın oğlu məhkəmədə ifadə verib
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur
reklam
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Gəncədə baş verən hadisəni qətiyyətlə pisləyirəm. Bu hadisələr din pərdəsi
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Gəncədə baş verən hadisələrə görə hər bir Azərbaycan vətəndaşı kimi
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Bir neçə gün əvvəl Gəncədə terror hadisəsi yaşandı. Biz terrorun hər
 
XİA.az - TƏQDİMAT