Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması
Miqrasiya Məcəlləsinə əsasən müvəqqəti olma müddətinin uzadılması barədə qərar əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti olma hüququ verən rəsmi sənəddir.

Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti onların və ya qanuni nümayəndələrinin müraciəti əsasında 60 günədək uzadıla bilər.

Müvəqqəti olma müddətinin uzadıldığı hallar:

əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində təcili müalicə olunmasına zərurət yarandıqda;
Azərbaycan Respublikasında yaşayan yaxın qohumları ağır xəstələndikdə və ya vəfat etdikdə;
xidməti zərurətlə əlaqədar Azərbaycana gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən nəzərdə tutulmuş işlərin başa çatdırılmadığına dair həmin şəxsləri ölkəyə dəvət etmiş təşkilat tərəfindən əsaslandırılmış vəsatət verildikdə;
Tranzit keçid zamanı nəqliyyatın hərəkətinə maneə olan təbii fəlakət baş verdikdə; Həmçinin avtonəqliyyat vasitəsinin (onun hissələrinin) sıradan çıxması, yaxud yolnəqliyyat hadisəsi nəticəsində təmirə ehtiyac yarandıqda;
Sadalanan hallardan heç biri olmadıqda, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olması ölkəmizin milli təhlükəsizliyinə; respublikamızda ictimai asayişə zərər vura biləcəyi hallarda; müvəqqəti olma müddətini uzatmaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə; şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda; Azərbaycan ərazisinə girişinə qadağa qoyulduqda; ölkə ərazisində müvəqqəti olma müddətini uzatmaq üçün əsas olmuş hal aradan qalxdıqda; Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə; pasportlarının və ya digər sərhədkeçmə sənədlərinin etibarlılıq müddətlərinin bitməsinə 1 aydan az vaxt qaldıqda onların ölkədə müvəqqəti olma müddəti uzadılmır.

“Dövlət rüsumu haqqında” Qanuna əsasən yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə:

30 günədək 30 manat
60 günədək 60 manat
Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə isə:

30 günədək 15 manat
60 günədək 30 manat məbləğində dövlət rüsumu tutulur.
Müvəqqəti olma müddətinin uzadılması üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tranzit keçidi zamanı məcburi dayanma halları istisna olmaqla, müvəqqəti olma müddətinin bitməsinə azı 3 iş günü qalmış Dövlət Miqrasiya Xidmətinə müraciət edərək tələb olunan sənədləri təqdim etməlidirlər.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinən Lalə
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,
Deputatın oğlu məhkəmədə ifadə verib
Deputatın oğlu məhkəmədə ifadə verib
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur
reklam
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Gəncədə baş verən hadisəni qətiyyətlə pisləyirəm. Bu hadisələr din pərdəsi
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Gəncədə baş verən hadisələrə görə hər bir Azərbaycan vətəndaşı kimi
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Bir neçə gün əvvəl Gəncədə terror hadisəsi yaşandı. Biz terrorun hər
 
XİA.az - TƏQDİMAT