Ümumi Tranzit Proseduru və Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi mövzusunda seminar keçirilir

Ümumi Tranzit Proseduru və Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi mövzusunda seminar keçirilir
Mayın 16-da Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində "Ümumi Tranzit Proseduru və Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi (NCTS) haqqında məlumatlandırma" mövzusunda seminar başlayıb.

Seminar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün nəzərdə tutulub.

Tədbirin açılış mərasimində Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini, gömrük xidməti polkovniki Səməd Qaralov Azərbaycanın tranzit potensialının artırılması istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət barədə məlumat verib. Bildirilib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Şimal-Cənub nəqliyyat dəhlizi kimi layihələr ölkənin beynəlxalq ticarətdəki rolunu artırmaqla yanaşı, Şimal-Cənub, Şərq-Qərb və əks istiqamətlərdə yüklərin asan və sürətli şəkildə daşınmasına münbit şərait yaradacaq.

Səməd Qaralov Azərbaycan Respublikasının Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə üzvlüyü ilə bağlı görülən işlərdən və bu sistemin ölkənin tranzit potensialının artırılması sahəsində əhəmiyyətindən də bəhs edib.

Ekspertlər adından Slovakiya Respublikası Maliyyə Direktorluğunun gömrük bölməsinin direktor müavini Marian Çodak Azərbaycan Gömrük Xidməti ilə əməkdaşlıqdan məmnunluq duyduqlarını bildirib və seminarın gömrük nəzarəti və beynəlxalq ticarətin səmərəli həyata keçirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Seminar zamanı ekspertlər Marian Çodak, Miroslav Bujna və Aivaras Piqaqa "Çıxış və təyinat gömrük orqanlarında həyata keçirilən sadələşdirilmiş prosedurlar" , "Araşdırma/Borcun ödənilməsi proseduru", "Gömrük təminatı", "NCTS-də informasiya texnologiyaları məsələləri", "Tranzit üçün Avtomatlaşdırılmış Zəmanət İdarəetmə Sistemi" və digər mövzularda iştirakçıları məlumatlandıracaq.

Seminar bu gün başa çatacaq.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bayıl yamacında vəziyyət ktirikləşir
Bayıl yamacında vəziyyət ktirikləşir
Bayıl qəsəbəsi, Buxta 9 küçəsində təhlükəli vəziyyət davam edir. Sürüşmə
Yol polisini kameraya çəkən sürücülər həbs olunacaq
Yol polisini kameraya çəkən sürücülər həbs olunacaq - RƏSMİ XƏBƏRDARLIQ
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti
Azərbaycan ordusu möhtəşəm hərbi parada hazırlaşır
Azərbaycan ordusu möhtəşəm hərbi parada hazırlaşır
Düşmənə sanballı güc nümayişi olacaq paradda bütün növlərdən yeni silahlar
reklam
Özünü MTN işçisi kimi təqdim edən şəxs polisi şantaj edərkən həbs olundu - Təfərrüat
Özünü MTN işçisi kimi təqdim edən şəxs polisi şantaj edərkən həbs olundu - Təfərrüat
Bakıda bir neçə vətəndaşa qarşı işə düzəltmək adı ilə dələduzluq etməkdə
Bakının qızıl fürsəti - Ağ Evin seçimi
Bakının qızıl fürsəti - Ağ Evin seçimi
Tramp ABŞ-a birinci kimi dəvət edəcək – prezident İlham Əliyevi, yoxsa
Cavanşir Feyziyev özünümüdafiəyə başlayıb?
Cavanşir Feyziyev özünümüdafiəyə başlayıb? - “Dərman mafiyası işi”
Son günlərin əsas mövzusu olan "Dərman mafiyası işi” ilə bağlı yeni
 
XİA.az - TƏQDİMAT