"Nər oğlunu itirən atalar da yetimdi..." - Şəhid atasına yazılan şeir ürək dağladı...

"Nər oğlunu itirən atalar da yetimdi..."
May ayının 19-u Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub. Adil Tatarov 28 yanvar 1999-cu ildə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində doğulub və Qıraq Kəsəmən kənd tam orta məktəbi bitirdikdən sonra 2017-ci ilin aprelində hərbi xidmətə yollanıb.
Ailənin yeganə oğlan övladı olan A.Tatarovun 4 bacısı var.

Şair Tural Xani övladını itirən şəhid atasına şeir həsr edib.

Ruhu naxoş olmasın, ruhu duymasın deyə -
Fəryadımı, ahımı içimdə susdurmuşam.
Axı, oğul çiynində getməlidir atalar,
Daş başıma ay ellər, mən oğul basdırmışam...

Yandım oğul, dərdinə, mən boğuldum tüstünə,
Oğul dərdi qaməti, boy-buxunu əyəndi.
Götürün bədənimi sərin onun üstünə,
Mən bilirəm oğlumu, gecələr üşüyəndi.

Bu elə bir dərddir ki, sanki soyulur dərim,
İndi kimi oxşuyum, meylimi kimə salım.
Ay mənə arxa oğul, ay mənim güvənc yerim,
Kimə sığınım indi, iyini kimdən alım...
Hanı bacın ay oğul, o toyunu gözləyən,
Qoy əl açıb oynasın, ürəyimi dağlasın.
Hanı o qonşu qızı hey yolunu gözləyən,
Gəlsin bir ağı desin, məzarına ağlasın.

Tay-tuşunun naləsi, ahı ucalır göyə,
Utanır bu dərdimə yanan, üzümə baxmır,
Verdiyi əmanətə sahib çıxmadım deyə,
Sən öləndən ay oğul, anan üzümə baxmır...

Yazıq deyirlər mənə, bu məndəki biçimə,
Başıma uçururlar sən olmayan dünyanı.
Ağlayıram göz yaşım niyə axmır içimə
Çat-çat olub, çartlıyıb bu köksümün sol yanı.

Bu dünyada insana ölümlə itim qalır,
Bu dünyanın sonu da elə ölüm, itimdi.
Kim deyir ki dünyada uşaqlar yetim qalır?!
Nər oğlunu itirən atalar da yetimdi!

Tural Xani

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Həbs olunmuş dünya çempionuna atmaca:
Həbs olunmuş dünya çempionuna atmaca: - Orada şeir yazarsan
Arvadını döydüyü üçün həbs edilən budo döyüş idman növü üzrə dünya
Gələn həftə hava kəskin soyuyacaq
Gələn həftə hava kəskin soyuyacaq
Azərbaycanda fevralın 17-nə gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə
Prezidentdən Siyavuş Novruzovla bağlı sərəncam
Prezidentdən Siyavuş Novruzovla bağlı sərəncam
Prezident İlham Əliyev Milli Məclisin deputatı Siyavuş Novruzovun təltif
reklam
Narkoloji Mərkəzdəki “yanğın işi”:
Narkoloji Mərkəzdəki “yanğın işi”: - İntihar etmək istəyirdimsə, camaatı niyə yandırırdım?
Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla
Venesuelaya qarşı yeni sanksiyalar
Venesuelaya qarşı yeni sanksiyalar
ABŞ Venesuela hökumətinə qarşı yeni sanksiyalar tətbiq edib. Bu haqda ABŞ
Qohumlar birləşib, zavodun 75 min manatını “əritdi”
Qohumlar birləşib, zavodun 75 min manatını “əritdi”
İsmayıllıda istehsalat müəssisəsində dəfələrlə oğurluq edən dəstə
 
XİA.az - TƏQDİMAT