Nazirdən yeni tapşırıq: "Sosial müdafiə sistemində şəffaflıq təmin edilsin"

Nazirdən yeni tapşırıq: "Sosial müdafiə sistemində şəffaflıq təmin edilsin"
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlik yanında Dövlət Sosial Müdafiə Fonduna gələrək, burada mövcud iş mexanizmini, vəzifə və funksiyaların icra prosedurlarını nəzərdən keçirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Ölkə.Az"a verilən məlumata görə, nazir Fondun bölmələrinin hər birinin fəaliyyəti, məcburi dövlət sosial sığorta iştirakçılarının qeydiyyata alınması və sığorta haqlarının uçotunun təşkili, büdcə proqrnozlaşdırmasının, sosial ödənişlərin, sosial xidmət və proqramların, büdcə icrasının uçotunun həyata keçirilməsi və s. istiqamətlərdə aparılan işlərlə yerindəcə tanış olub. Fondun əməkdaşları öz vəzifə funksiyalarının icrası ilə bağlı gördükləri işlər barədə nazirə məlumat veriblər.

S.Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial inkişaf strategiyasına uyğun olaraq, sosial müdafiə sistemində şəffaflığın, ünvanlılığın və ədalətliliyin, eyni zamanda, bu sistemin sosial cəhətdən həssas qruplara əlçatanlığının təmin edilməsinin, vətəndaş məmnunluğuna nail olunmasının başlıca fəaliyyət prinsipləri olduğunu vurğulayıb. Nazir sosial sığorta, pensiya və müavinət təminatı sahəsində əhaliyə xidmətlərin əsasında da məhz bu prinsiplərin dayanmalı olduğunu diqqətə çatdırıb.

Fondun fəaliyyəti ilə tanışlıq zamanı müvafiq sahələrdə iş mexanizmlərinin, inzibatçılığın innovativ yeniliklərin tətbiqi ilə təkmilləşdirilməsi, elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi məsələləri də müzakirə olunub, S.Babayev tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilib.

Nazirliyin 142 və 190- “Çağrı mərkəzləri”ndə də olan nazir burada vətəndaşların müraciətlərinin cavablandırılması prosesini izləyib. S.Babayev hər bir müraciətin operativ cavablandırılmasını, aidiyyatı qanunvericilik aktlarına istinad olunmaqla, vətəndaşlara sadə və aydın şəkildə izahatların verilməsini, hər iki “Çağrı mərkəzi”nin fəaliyyətinin daha da təkmil şəkildə qurulmasını tapşırıb.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Sülhəddin Əkbər: “Kibercinayətkarlığa qarşı mərkəz yaradılmalıdır; panika
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
Türkiyənin “Pegasus Airlines” aviaşirkəti martın 15-dən başlayaraq
Güclü külək Bakıda fəsadlar törətdi
Güclü külək Bakıda fəsadlar törətdi
Paytaxtda müşahidə olunan kəskin hava şəraitindən insanlar qorunsa da,
reklam
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Ekspertlərdən Paris görüşündən sonra yayılmış bəyanata maraqlı
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ölkə ofisinin rəhbəri
Struktur dəyişikliyi ETSN-ə çatdı
Struktur dəyişikliyi ETSN-ə çatdı
Yanvarın 16-da prezident İlham Əliyev “Azərbaycan Respublikası Ekologiya
 
XİA.az - TƏQDİMAT