Mayın 29-da reinteqrasiya üzrə işçi qrupunun üçüncü iclası keçirilib

Mayın 29-da reinteqrasiya üzrə işçi qrupunun üçüncü iclası keçirilib
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov reinteqrasiya üzrə işçi qrupunun Xidmətin inzibati binasında təşkil edilmiş üçüncü iclasının gündəliyinə çox vacib məsələlərin daxil edildiyini bildirib. Xidmət rəisi vurğulayıb ki, readmissiya olunmuş şəxslərin cəmiyyətə sosial-iqtisadi reinteqrasiyasını sürətləndirmək, dayanıqlı qayıdışı təmin etmək məqsədilə Nazirlər Kabinetinin tapşırığı ilə yaradılmış işçi qrupunun üzərinə böyük vəzifələr düşür. V.Hüseynov xarici ölkələrdə qeyri-müəyyən vəziyyətdə yaşayan Azərbaycan vətəndaşlarının readmissiya sazişləri əsasında geriqəbulu prosesinə kompleks yanaşmanın tətbiq edilməsi, readmissiya edilmiş şəxslərin üzləşdikləri çətinlik və problemlərin operativ həlli, eləcə də sözügedən şəxslərin cəmiyyətə reinteqrasiyası işinin səmərəli təşkilinin aktuallığına diqqət çəkib. Ölkəyə readmissiya edilmiş şəxslərlə bağlı Dövlət Miqrasiya Xidmətinin Readmissiya məsələləri idarəsi tərəfindən görülümüş işləri qeyd edib.

İclasda məlumat verilib ki, ötən dövrdə işçi qrupunda təmsil edilən aidiyyəti dövlət orqanlarının - Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirliklərinin nümayəndələrinə ünvanlanmış məktublara əsasən redamissiya edilmiş şəxslərə zəruri köməkliyin göstərilməsi istiqamətində müvafiq tədbirlər görülüb.

Əlavə olaraq DMX tərəfindən belə həssas təbəqədən olan insanların üzləşdikləri çətinliklərin aradan qaldırılması üçün yerli icra orqanlarına da müvafiq məktublar göndərilib.

İclasda hesabat xarakterli məlumatlar təqdim edilib. Qeyd olunub ki, müraciətlərin sayı artdığına görə reinteqrasiya üzrə işçi qrupunun fəaliyyətinin sistemləşdirilməsinə, ilkin mərhələdə barəsində məlumat göndərilən şəxslərlə bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq işlərin görülməsi üçün konkret müddətin müəyyənləşdirilməsinə ehtiyac var. Həmçinin işçi qrupunun üzvlərini reinteqrasiya prosesində daha fəal olmasının vacibliyi vurğulanıb.

İclas öz işini bir sıra zəruri məsələlərin işçi qaydada müzakirəsi ilə davam etdirib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Sülhəddin Əkbər: “Kibercinayətkarlığa qarşı mərkəz yaradılmalıdır; panika
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
Türkiyənin “Pegasus Airlines” aviaşirkəti martın 15-dən başlayaraq
Güclü külək Bakıda fəsadlar törətdi
Güclü külək Bakıda fəsadlar törətdi
Paytaxtda müşahidə olunan kəskin hava şəraitindən insanlar qorunsa da,
reklam
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Ekspertlərdən Paris görüşündən sonra yayılmış bəyanata maraqlı
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ölkə ofisinin rəhbəri
Struktur dəyişikliyi ETSN-ə çatdı
Struktur dəyişikliyi ETSN-ə çatdı
Yanvarın 16-da prezident İlham Əliyev “Azərbaycan Respublikası Ekologiya
 
XİA.az - TƏQDİMAT