Azərbaycanda əhali arasında ölümün əsas səbəbləri açıqlanıb

Azərbaycanda əhali arasında ölümün əsas səbəbləri açıqlanıb
Azərbaycanda əhali arasında ölümün əsas səbəbləri açıqlanıb.

XİA.az-ın məlumatına görə, ötən il ərzində Azərbaycanda 57 109 nəfər dünyasını dəyişib ki, bu da 2016-cı illə müqayisədə çoxdur. 2016-cı ildə Azərbaycanda 56 648, 2015-ci ildə 54 697, 2014-cü ildə 55 648, 2013-cü ildə isə 54 383 nəfər dünyasını dəyişib.

Ötən il dünyasını dəyişənlərin 33 663 nəfəri (2016-cı ildə 34 093) qan dövranı sistemi xəstəliklərindən, 8665 nəfəri (2016-cı ildə 8252) yenitörəmələrdən, 1839 nəfəri tənəffüs orqanları xəstəliklərindən (2016-cı ildə 1815), 2769 nəfəri (2016-cı ildə 2731) isə travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən ölüb.

2017-ci ildə hər 100 min nəfər arasında 586,7 ölüm halı qeydə alınıbsa, 2016-cı ildə bu rəqəm 587.8, 2015-ci ildə 574 olub.

Ümumilikdə ötən il hər 100 min nəfər əhalinin 345.8 nəfəri qan dövranı sistemi xəstəliklərindən, 89 nəfəri yenitörəmələrdən, 18.9 nəfəri tənəffüs sistemi xəstəliklərindən, 28.4 nəfəri travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən dünyasını dəyişib.(trend)

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Sülhəddin Əkbər: “Kibercinayətkarlığa qarşı mərkəz yaradılmalıdır; panika
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
Türkiyənin “Pegasus Airlines” aviaşirkəti martın 15-dən başlayaraq
Güclü külək Bakıda fəsadlar törətdi
Güclü külək Bakıda fəsadlar törətdi
Paytaxtda müşahidə olunan kəskin hava şəraitindən insanlar qorunsa da,
reklam
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Ekspertlərdən Paris görüşündən sonra yayılmış bəyanata maraqlı
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ölkə ofisinin rəhbəri
Struktur dəyişikliyi ETSN-ə çatdı
Struktur dəyişikliyi ETSN-ə çatdı
Yanvarın 16-da prezident İlham Əliyev “Azərbaycan Respublikası Ekologiya
 
XİA.az - TƏQDİMAT