Məleykə Abbaszadə qız valideynlərindən narazılıq etdi: - “Onları böyük şəhərlərə göndərmirlər”

Məleykə Abbaszadə qız valideynlərindən narazılıq etdi:
Azərbaycan cəmiyyətində “qadın və kişi ixtisasları” stereotipləri üzündən tələbə qəbulu ilə bağlı bəzi problemlər yaranır. Azərbaycanda qızlar riyaziyyat müəllimliyinə sənəd verirlər, amma mühəndisliyi seçmirlər.

XİA.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş Qadınların V Forumu çərçivəsində keçirilən panel iclasında deyib.
O bildirib ki, regional ali məktəblərdə müəllimlik ixtisası üzrə təhsil alanların 80-100 faizi qızlar olur:

“Burada başqa bir stereotiplər də var. Qızlar yüksək nəticələr toplasa da, valideynlər onları böyük şəhərlərə göndərmirlər. Çünki istəyirlər ki, qızları gözlərinin qabağında olsun. Dəniz Akademiyasının tələbələrinin 99,9 faizi oğlandır. Bu akademiyaya qəbul qaydalarında yazılıb ki, oraya yalnız oğlanlar qəbul olunur. Keçən il bir qız kapitan olmaq istəyirdi. Buna görə də Dəniz Akademiyasına qəbul üçün bizə müraciət etdi və bildirdi ki, onun Konstitusiya hüquqları pozulur, onu niyə qəbul etmirlər. Mən akademiyanın rəhbərliyinə müraciət etdim. Keçən il yalnız o qız yüksək balla Dəniz Akademiyasına qəbul olundu. Bizim rəqəmsal bərabərsizliyimiz buradan başlayır. Bu stereotipləri aradan qaldırmalıyıq”.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Sülhəddin Əkbər: “Kibercinayətkarlığa qarşı mərkəz yaradılmalıdır; panika
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
Türkiyənin “Pegasus Airlines” aviaşirkəti martın 15-dən başlayaraq
Güclü külək Bakıda fəsadlar törətdi
Güclü külək Bakıda fəsadlar törətdi
Paytaxtda müşahidə olunan kəskin hava şəraitindən insanlar qorunsa da,
reklam
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Ekspertlərdən Paris görüşündən sonra yayılmış bəyanata maraqlı
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ölkə ofisinin rəhbəri
Struktur dəyişikliyi ETSN-ə çatdı
Struktur dəyişikliyi ETSN-ə çatdı
Yanvarın 16-da prezident İlham Əliyev “Azərbaycan Respublikası Ekologiya
 
XİA.az - TƏQDİMAT