Vətəndaşlıq məsələləri əsas insan hüquqlarından biridir

Vətəndaşlıq məsələləri əsas insan hüquqlarından biridir
Dövlət Miqrasiya Xidməti “İnsan hüquqları aylığı” çərçivəsində Gəncə və Yevlax şəhərlərində regional konfranslar keçirib.

“Vətəndaşlıq məsələləri əsas insan hüquqlarından biridir” mövzusunda təşkil edilmiş tədbirlərin məqsədi vətəndaşsızlıq hallarının aradan qaldırılması və bu sahədə maarifləndirmə işinin təşkilidir.

Gəncədə təşkil edilən konfransda şəhər İcra Hakimiyyətinin, məhkəmə orqanlarının, polis şöbələrinin pasport və qeydiyyat bölmələrinin səlahiyyətli şəxsləri, bələdiyyə üzvləri və inzibati ərazi dairəsi üzrə icra nümayəndələri, təhsil işçiləri, ictimaiyyət təmsilçiləri, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iştirak ediblər.

Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev konfransı açaraq ictimaiyyət nümayəndələrinin miqrasiya sahəsində hüquqi maarifləndirilməsi, vətəndaşsızlıq vəziyyətində olan şəxslərin sənədləşdirilməsi məqəsdilə Dövlət Miqrasiya Xidmətinin təşkil etdiyi tədbirlərin, görüşlərin, eləcə də gördüyü işlərin əhəmiyyətini diqqətə çatdırıb.

DMX-nin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbov əvvəlcə Xidmətin fəaliyyət istiqamətlərindən danışıb. Sonra ölkəmizdə insan hüquqlarının müdafiəsinin möhkəmləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat verib. Bildirib ki, insan hüquq və azadlıqlarının təminatı dövlət siyasətinin ali prinsiplərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən bütün tədbirlər məhz hər bir ölkə vətəndaşının hüquqlarının müdafiəsinə yönəlib. Qeyd edilib ki, Azərbaycan Prezidentinin 2008-ci il 6 mart tarixli Fərmanına əsasən Dövlət Miqrasiya Xidmətinin vətəndaşlıq məsələlərində iştirakı təmin edilib.

Bildirilib ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə 2008-ci ildən hal-hazıradək 2257 nəfər Azərbaycan vətəndaşlığına qəbul, 68 nəfər isə bərpa edilib. Vətəndaşlığa qəbul olunmuş şəxslərdən 1529 nəfəri, vətəndaşlığa bərpa edilmiş şəxslərdən isə 44 nəfəri vətəndaşlığı olmayan şəxslərdir.

Bununla belə, Xidmət tərəfindən 1 may 2018-ci il tarixədək 105 min 38 şəxsin Azərbaycan vətəndaşlığına mənsubiyyəti tanınaraq, onlar aidiyyəti dövlət qurumu tərəfindən ölkə vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərlə təmin ediliblər.

Gəncə regional miqrasiya idarəsinin xidməti ərazisində vətəndaşsızlıq vəziyyətində olan şəxslərin və qanunsuz yaşayan əcnəbilərin sənədləşdirilməsi üçün yerli icra orqanları ilə əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.

Sonra mövzular ətrafında müzakirələr aparılıb.

Elə həmin gün Gəncə regional miqrasiya idarəsinin xidməti ərazisində yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sənədləşdirilməsi ilə bağlı səyyar sənəd qəbulu təşkil edilib.

Dövlət Miqrasiya Xidmətinin Yevlax şəhərində təşkil etdiyi konfransda da aidiyyəti dövlət orqanlarının məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iştirak ediblər.

DMX-nın Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi Rza Talıbov konfransın məqsədi və əhəmiyyəti barədə məlumat verib. Ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsinin dövlətin qarşısında duran ən mühüm vəzifələrdən biri olduğunu vurğulayıb. O, Dövlət Miqrasiya Xidmətinin respublikada vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində həyata keçirdiyi kompleks tədbirləri, Azərbaycanın BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının “10 il vətəndaşsızlığa son kampaniyası”na qoşulduğunu və ölkədə vətəndaşsızlıq halları ilə mübarizə sahəsində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb.

Dövlət Miqrasiya Xidmətinin Yevlaxda regional miqrasiya idarəsinin və Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin fəaliyyət göstərdiyi qeyd olunub.

Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Konfransdan sonra Yevlax regional miqrasiya idarəsinin də xidməti ərazisində yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sənədləşdirilməsi ilə bağlı səyyar sənəd qəbulu həyata keçirilib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanlı milyarderin menecerləri həbs edildi
Azərbaycanlı milyarderin menecerləri həbs edildi - inanılmaz dələduzluq...
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Lukoyl” və
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Nazirlər Kabineti bununla bağlı "Ali təhsil müəssisəsinin Nümunəvi
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiyanın Qüdsdə fəxri səfirliyinin təntənəli açılış mərasimi keçirilib.
reklam
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail aviasiyası fələstinlilərin raket atmasına cavab olaraq yenidən
Bu yay çox isti olacaq
Bu yay çox isti olacaq
Azərbaycanda bu il də iyun ayına nisbətən iyul və avqust aylarında anomal
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində
 
XİA.az - TƏQDİMAT