Açıq havada iş qadağan edilir

Açıq havada iş qadağan edilir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib.
Xia.az xəbər verir ki, müraciətdə havanın temperaturunun +41 dərəcədən yuxarı olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən zəruri tədbirlərin görülməsinin təmin edilməli olduğu bildirilib.

Nazirliyin məlumatına görə, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu + 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır.

Qeyd olunan hallarda işçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır.

Məlumatda bildirilib ki, məcəlləyə əsasən, iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməli, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir.

Dövlət Əmək Müfəttişliyi Xidməti işçilərin həyat və sağlamlığının qorunması məqsədilə əməyin mühafizəsi tədbirlərinin görülməsinin, o cümlədən havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda bu məqsədlə zəruri işlərin aparılmasının qanunvericiliklə işəgötürənlərin əsas vəzifələrindən olduğunu diqqətə çatdırır.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Abbas Bağırov köməkçisini bağışladı
Abbas Bağırov köməkçisini bağışladı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən
Canavarlar kəndlərə hücum edir
Canavarlar kəndlərə hücum edir - Nazirlik hərəkətə keçdi
oranboy rayonunun Boluslu və Eyvazlılar kəndlərinə canavarların hücum
Martdan Azərbaycanda minimal pensiya 160 manat olacaq
Martdan Azərbaycanda minimal pensiya 160 manat olacaq
“Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər layihəsi parlamentin bu
reklam
Sinoptiklər şaxtalı hava vəd edirlər
Sinoptiklər şaxtalı hava vəd edirlər
Fevralın 20-də Bakı və Abşeron yarımadasında yağıntının səhər tədricən
İlham Əliyev çoxmənzilli binalarla bağlı fərman imzaladı
İlham Əliyev çoxmənzilli binalarla bağlı fərman imzaladı
Prezident İlham Əliyev bəzi çoxmənzilli binaların istismarına icazə
Bakıda silah gəzdirən Masallı sakini tutuldu
Bakıda silah gəzdirən Masallı sakini tutuldu - FOTO
Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsi əməkdaşları tərəfindən
 
XİA.az - TƏQDİMAT