Azərbaycana Pakistan və Hindistandan gələn turistlərin sayı artıb

Azərbaycana Pakistan və Hindistandan gələn turistlərin sayı artıb
Ötən illərlə müqayisədə bu il ölkəmizə Pakistan və Hindistandan gələn turistlərin sayı artıb.

Dövlət Turizm Agentliyindən "Xəzər-Xəbər"ə verilən məlumata görə, cari ilin 6 ayında Pakistandan 4792 nəfər ölkəmizə səfər etmişdisə, bu ilin 6 ayında bu rəqəm 15231 nəfər olub. Həmçinin Hindistandan da ölkəmizə gələnlərin sayı 3 dəfəyə qədər artıb.

Turizm üzrə ekspert Rəhman Quliyevin sözlərinə görə, hər iki ölkədən gələn turistləri ölkəmizin əsrarəngiz təbiəti və qiymətlərin münasib olması cəlb edir.

Ölkəmizdə turizm üçün yaradılan imkanlar hər fəsildə turist qəbul etməyə imkan verir. Artıq bəzi otellərdə boş yer qalmayıb.

Rəhman Quliyev deyir ki, Pakistan və Hindistandan, o cümlədən digər dövlətlərdən ölkəmizə turist axınının digər bir səbəbi də ictimai-siyasi sabitliyin təmin edilməsidir.

Elə ölkəmizə gələn turistlər də burda olan şəraitdən çox razı qaldıqlarını bildirirlər.

Turizm ekspertləri, mövsümün hələ sona çatmadıgını, qarşıdakı aylarda ölkəyə turist axınının davam edəcəyini proqnozlaşdırırlar.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Türk siyasətçi Ankara-İrəvan münasibətlərinin qurulması şərtini açıqlayıb
Türk siyasətçi Ankara-İrəvan münasibətlərinin qurulması şərtini açıqlayıb
“Azərbaycanın ərazi bütövlüyü təmin edilmədən İrəvanla Ankara arasında
Azərbaycanda 25 gün əvvəl qoşulub qaçan qadın ölüb
Azərbaycanda 25 gün əvvəl qoşulub qaçan qadın ölüb
Azərbaycanda 25 gün əvvəl ərə gedən qadın dünyasını dəyişib.
MTRŞ-dan açıqlama: “Röya söyüşə görə cəza almayacaq”
MTRŞ-dan açıqlama: “Röya söyüşə görə cəza almayacaq”
“Röyanın efirdə təhqiramiz ifadə işlətməsi 9 ay əvvəl baş verib, köhnə
reklam
Qan donduran hadisə
Qan donduran hadisə - Öldürdüyü 63 pişiyi soyuducuda saxladı - VİDEO
Amerikanın Minnesota əyalətində baş verən qan donduran hadisə eşidənlərin
Gömrükdə avtomobildən 3000 ədəd siqaret aşkarlanıb
Gömrükdə avtomobildən 3000 ədəd siqaret aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin
Gömrükdə narkotik vasitə - marixuana aşkarlanıb
Gömrükdə narkotik vasitə - marixuana aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun piyada keçid
 
XİA.az - TƏQDİMAT