Xəbərdarlıq - 10 avqustda gözlənilən hava şəraiti

Xəbərdarlıq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Avqustun 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 22-24, gündüz 25-28, Bakıda gecə 22-24, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 756 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Abşeron çimərliklərində

Avqustun 10-da şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26 dərəcə isti təşkil edəcək. Güclü şimal-qərb küləyi əsəcək. Bununla əlaqədar çimərliklərdə hava şəraiti əlverişsiz olacaq.

Azərbaycanın rayonlarında

Avqustun 10-da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclü olacaq.

Havanın temperaturunun gecə 20-25, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Avqustun 10-11-də Abşeron yarımadasında güclü xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, havanın temperaturunun bir qədər aşağı enməsi müsbət amildir.

Xəbərdarlıq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə:

Bakıda və Abşeron yarımadasında avqustun 12-dək güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Avqustun 12-dək Azərbaycanın rayonlarında da qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclü olacaq. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Hacı Şahin Həsənlinin xütbədə söylədiyi müzakirə doğurdu
Hacı Şahin Həsənlinin xütbədə söylədiyi müzakirə doğurdu
İlahiyyatçı: “Namaz qılıb özündən razı olmaq və araq içib özündən narazı
Türkiyədə “McDonalds”lar bağlana bilər
Türkiyədə “McDonalds”lar bağlana bilər
Xəbər verdiyimiz kimi, Vaşinqton Ankaraya qarşı sanksiyalar tətbiq
Qazaxda ailənin tək oğlan övladı çayda batıb
Qazaxda ailənin tək oğlan övladı çayda batıb
Uzaqdan onun batdığını görən uşaqlar valideynlərinə xəbər veriblər. Kənd
reklam
İlham Əliyev yol tikintisinə 9,1 milyon manat ayırdı
İlham Əliyev yol tikintisinə 9,1 milyon manat ayırdı
Prezident İlham Əliyev Lənkəran rayonunun Hirkan–Daştatük–Biləsər
Azərbaycanlı mayor özünü güllələyərək öldürdü
Azərbaycanlı mayor özünü güllələyərək öldürdü - Astanada dəhşətli intihar
Qazaxıstanın paytaxtı Astanada, Karaqanda və Pavlodar vilayətlərini
Gəncədə kişi həyat yoldaşını və qayınatasını odlu silahla qətlə yetirib
Gəncədə kişi həyat yoldaşını və qayınatasını odlu silahla qətlə yetirib
1990-cı il təvəllüdlü Məsim Məmmədov 62 yaşlı qayınatası Əkbərov Namiq
 
XİA.az - TƏQDİMAT