Vüqar Rəhimzadə: - ABŞ-ın İrana qarşı sanksiyalarının “Cənub Qaz Dəhlizi”nə aid edilməməsi layihənin əhəmiyyətini bir daha ortaya qoyur

Vüqar Rəhimzadə:
ABŞ-ın İrana qarşı yeni sanksiyalarının “Cənub Qaz Dəhlizi”nə aid edilməməsi layihənin əhəmiyyətini bir daha ortaya qoyur.

Bunu Trend-ə YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

V.Rəhimzadə bildirib ki, artıq uzun illərdir ki, Azərbaycan həyata keçirdiyi möhtəşəm qlobal layihələrlə dünyanın diqqətini özünə cəlb edə bilib:

“Sahib olduğu enerji resurslarından səmərəli şəkildə istifadə edərək həm özünün, həm də regionun inkişafını, təhlükəsizliyini təmin edən Azərbaycan beynəlxalq təşkilatların və əksər dövlətlərin əsas tərəfdaşlarından birinə çevrilib. Bu gün dünyanın güc mərkəzləri ölkəmizlə əməkdaşlıqdan məmnunluqlarını ifadə edir, bu münasibətlərin daha da genişlənməsinin vacibliyini bildirirlər. Sözsüz ki, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən və bir çox dövlətlərin iştirakçısı olduqları, artıq dünyanın enerji xəritəsini dəyişən “Cənub Qaz Dəhlizi” layihəsi beynəlxalq əməkdaşlığa, sülhə və təhlükəsizliyə mühüm töhfədir”.

V.Rəhimzadə qeyd edib ki, bu il açılış mərasimləri keçirilən “Cənub Qaz Dəhlizi” layihəsi, o cümlədən layihənin əsas seqmentlərindən biri olan TANAP ölkəmizin enerji resurslarının Avropaya çatdırılmasında mühüm vasitədir:

“Cənub Qaz Dəhlizi” layihəsi, onun əsas seqmentləri olan “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP Avropa İttifaqı üçün prioritet enerji layihələridir. Məlum olduğu kimi, bu layihə vasitəsilə “Şahdəniz-2” yatağından hasil olunacaq qaz Türkiyəyə və oradan da Avropaya çatdırılacaq. Uzunluğu 3500 kilometr olan “Cənub Qaz Dəhlizi” layihəsi ilə ilk mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr qaz nəql ediləcək. “Cənub Qaz Dəhlizi” layihəsinin, o cümlədən TANAP-ın açılış mərasimlərində iştirak edən dövlət və hökumət başçıları “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətini xüsusi vurğulayıblar. Göründüyü kimi, layihəni ABŞ, Avropa yüksək səviyyədə dəstəkləyir, onun önəmini bir daha diqqətə çatdırır”.

“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, ABŞ-ın İrana qarşı yeni sanksiyalarının “Cənub Qaz Dəhlizi”nə aid edilməməsi layihənin əhəmiyyətini bir daha ortaya qoyur:

“Məlum olduğu kimi, “S&P Global Platts” agentliyiABŞ Prezidenti Donald Trampın müvafiq qərarına istinadən məlumat yayıb ki, İrana qarşı yeni sanksiyalar “Cənub Qaz Dəhlizi” layihəsinə aid edilməyib. Məlumatda bildirilir ki, layihənin məqsədi Xəzər dənizində hasil edilən 16 milyard kubmetr təbii qazın Türkiyə və Cənubi Avropa ölkələrinə nəql edilməsidir. BP şirkəti bu sanksiyaların “Cənubi Qaz Dəhlizi”nin təbii qaz mənbəyi olan “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinə şamil edilməməsini istəyib. ABŞ Prezidentinin bu qərarında “təbii qaz layihəsi istisna olmaqla” bəndində məhz “Cənub Qaz Dəhlizi” nəzərdə tutulur. Bir daha vurğulamaq lazımdır ki, “Cənubi Qaz Dəhlizi” layihəsi dünya səviyyəsində dəstəklənir, yüksək qiymətləndirilir”.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Hacı Şahin Həsənlinin xütbədə söylədiyi müzakirə doğurdu
Hacı Şahin Həsənlinin xütbədə söylədiyi müzakirə doğurdu
İlahiyyatçı: “Namaz qılıb özündən razı olmaq və araq içib özündən narazı
Türkiyədə “McDonalds”lar bağlana bilər
Türkiyədə “McDonalds”lar bağlana bilər
Xəbər verdiyimiz kimi, Vaşinqton Ankaraya qarşı sanksiyalar tətbiq
Qazaxda ailənin tək oğlan övladı çayda batıb
Qazaxda ailənin tək oğlan övladı çayda batıb
Uzaqdan onun batdığını görən uşaqlar valideynlərinə xəbər veriblər. Kənd
reklam
İlham Əliyev yol tikintisinə 9,1 milyon manat ayırdı
İlham Əliyev yol tikintisinə 9,1 milyon manat ayırdı
Prezident İlham Əliyev Lənkəran rayonunun Hirkan–Daştatük–Biləsər
Azərbaycanlı mayor özünü güllələyərək öldürdü
Azərbaycanlı mayor özünü güllələyərək öldürdü - Astanada dəhşətli intihar
Qazaxıstanın paytaxtı Astanada, Karaqanda və Pavlodar vilayətlərini
Gəncədə kişi həyat yoldaşını və qayınatasını odlu silahla qətlə yetirib
Gəncədə kişi həyat yoldaşını və qayınatasını odlu silahla qətlə yetirib
1990-cı il təvəllüdlü Məsim Məmmədov 62 yaşlı qayınatası Əkbərov Namiq
 
XİA.az - TƏQDİMAT