“Elçibəyi bu dərəcədə aşağılamaq mənəviyyatsızlıq və tərbiyəsizlikdir” - Fəzail Ağamalı

“Elçibəyi bu dərəcədə aşağılamaq mənəviyyatsızlıq və tərbiyəsizlikdir”

"Sosial şəbəkələrdə teleaparıcı olan Tarix Əliyevin (Tolik) Əbülfəz Elçibəyi aşağılayan fikirlərini qətiyyətlə pisləyir və lənətləyirəm”.

Bunu millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib. O, bildirib ki, Tolikin fikrini Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə xüsusi yeri ilə fərqlənən Ə.Elçibəyin və onunla bərabər olan, bütün ambisiyalardan uzaq, bütün varlığı ilə bu mübarizədə iştirak edən çoxmilyonlu xalqımıza qarşı təhqir kimi qiymətləndirir: "Mən Əbülfəz Elçibəyin hakimiyyət dövrünü kəskin tənqid edənlərdən biriyəm və düşüncələrimdə dəyişməzəm. Lakin Ə.Elçibəyin, hətta adi soydaşımızın belə, şəxsiyyətinin təhqir olunmasını tamamilə yolverilməz hesab edirəm.

Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında müstəsna xidmətləri inkar olunmazdır. Həqiqətən də Ulu Öndərimiz olmasa idi ölkəmiz hələ də fəlakətlər içərisində çırpınmaqda idi. Bu nəhəng tarixi şəxsiyyətin adını önə çəkərək, milli müstəqilliyimizin və məmləkət bütövlüyümüzün səmimi carçılarından biri olan Ə.Elçibəyi bu dərəcədə aşağılamaq mənəviyyatsızlıq və tərbiyəsizlikdir. Belə birisinə ekran müstəvisdində böyük auditoriya vermək qəbuledilməzdir”.
BakuPost

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
FHN-in Akademiyasında məzun buraxılışı və “Bilik günü” münasibətilə tədbir keçirilmişdir
FHN-in Akademiyasında məzun buraxılışı və “Bilik günü” münasibətilə tədbir keçirilmişdir
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 17
Dövlət Miqrasiya Xidmətində təlim
Dövlət Miqrasiya Xidmətində təlim
Təlim miqrasiya orqanları işçilərinin peşəkarlıq səviyyəsinin
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və
reklam
Latviyanın ədliyyə naziri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
Latviyanın ədliyyə naziri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
Latviya Respublikasının ədliyyə naziri Dzintars Rasnaçsın başçılıq etdiyi
Müdafiə naziri düşmənə qarşı daha sərt tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlar verib
Müdafiə naziri düşmənə qarşı daha sərt tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlar verib
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov
Müdafiə naziri təlimlər keçirilən bölgəyə gəlib
Müdafiə naziri təlimlər keçirilən bölgəyə gəlib
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
 
XİA.az - TƏQDİMAT