Dövlət Miqrasiya Xidmətinin rəisi Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Xidmətin inzibati binasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Fatoş Hande Harmancı ilə görüşüb.

Tanışlıq xarakterli görüşdə V.Hüseynov xanım Fatoş Hande Harmancıya Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri kimi fəaliyyətində uğurlar arzulayıb. DMX ilə ÜST-nin Azərbaycan nümayəndəliyi arasında əlaqələrin mövcud vəziyyəti və perspektivlərinə toxunub.

Xidmət rəisi DMX-nin fəaliyyəti barədə məlumat verib. Miqrasiya proseslərinin tənzimlənməsi və idarəedilməsi sahəsində ölkəmizdə görülən əsaslı işlərdən, qanunvericiliyiə edilən son dəyişikliklərdə söhbət açıb. Bildirib ki, miqrasiya ilə bağlı münasibətləri tənzimləyən qanunvericilik təkmilləşdirilir, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, ölkə ərazisində yaşamalarının əsasları və müddətləri, iş icazələrinin verilməsi, eləcə də nəzərdə tutulmuş digər müvafiq normaların tətbiqi sadələşdirilir.

Bu ilin avqustundan ÜST-nin Azərbaycan nümayəndəliyinin rəhbəri kimi fəaliyyətə başlayan Fatoş Hande Harmancı görüşə görə minnətdarlıq edib. Məlumat verib ki, təşkilatın Azərbaycan Respublikasındakı ofisi 2004-cü ildən fəaliyyət göstərir və bir çox əhəmiyyətli ictimai səhiyyə sahələrində ölkəyə dəstək göstərir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
FHN-in Akademiyasında məzun buraxılışı və “Bilik günü” münasibətilə tədbir keçirilmişdir
FHN-in Akademiyasında məzun buraxılışı və “Bilik günü” münasibətilə tədbir keçirilmişdir
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 17
Dövlət Miqrasiya Xidmətində təlim
Dövlət Miqrasiya Xidmətində təlim
Təlim miqrasiya orqanları işçilərinin peşəkarlıq səviyyəsinin
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və
reklam
Latviyanın ədliyyə naziri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
Latviyanın ədliyyə naziri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
Latviya Respublikasının ədliyyə naziri Dzintars Rasnaçsın başçılıq etdiyi
Müdafiə naziri düşmənə qarşı daha sərt tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlar verib
Müdafiə naziri düşmənə qarşı daha sərt tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlar verib
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov
Müdafiə naziri təlimlər keçirilən bölgəyə gəlib
Müdafiə naziri təlimlər keçirilən bölgəyə gəlib
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
 
XİA.az - TƏQDİMAT