Dövlət Gömrük Komitəsinin sədri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi ilə görüşüb

Dövlət Gömrük Komitəsinin sədri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi ilə görüşüb
Oktyabrın 5-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Səfər Mehdiyev qonaqları səmimi salamlayaraq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının gömrük xidməti rəhbərlərinin ötən il Türkiyə Respublikasında keçirilən toplantısında mühüm qərarlar qəbul olunduğunu, bugünkü görüşün də gələcək əməkdaşlığa töhfə verəcəyini bildirib. Komitə sədri qardaş ölkələr olaraq təşkilat çərçivəsində həm ikitərəfli, həm də beynəlxaq səviyyədə faydalı əməkdaşlıq əlaqələrinin qurulduğunu, vahid mövqe nümayiş etdirildiyini diqqətə çatdırıb.

Görüşdə o da vurğulanıb ki, bütün sahələrdə olduğu kimi, gömrük sahəsində əlaqələr yüksək səviyyədədir və təşkilat üzvü olan dövlətlər arasında məlumat mübadiləsinin həyata keçirilməsi, müxtəlif sahələr üzrə saziş və protokolların imzalanması, məlumatların qabaqcadan ötürülməsi ilə bağlı pilot layihənin reallaşdırılması bunun bariz nümunəsidir.

Səfər Mehdiyev türkdilli dövlətlərin başçıları tərəfindən gömrük sahəsində əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı konkret tapşırıqların verildiyini, bu tapşırıqlardan irəli gələn vəzifələrin icrası məqsədilə vahid logistika sisteminin formalaşdırılması üçün sənədin hazırlanmasının və həyata keçirilməsinin vacibliyini dilə gətirib.

Komitə sədri Azərbaycan Gömrük Xidməti ilə bir sıra region ölkələri arasında elektron məlumat mübadiləsinin həyata keçirildiyini, təşkilatın bütün üzvləri arasında da elektron məlumat mübadiləsinin tətbiq olunmasının ticarətin və gömrük nəzarətinin asanlaşdırılmasına, idxal-ixrac əməliyyatalarının sürətləndirilməsinə şərait yaradacağını bildirib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev təmsil etdiyi qurumun son zirvə toplantısında liderlərin iqtisadi əlaqələrin, nəqliyyat və logistika sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı vahid mövqe ortaya qoyduqlarını və bu istiqamətdə mühüm addımlar atıldığını diqqətə çatdırıb. Sammitdən sonra Türkiyə və Qazaxıstanda məhsuldar görüşlər keçirdiyini bildirən Baş katib hazırkı görüşün və oktyabr ayında Qırğızıstandakı təmasların da əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayacağının əhəmiyyətindən bəhs edib.

Daha sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Səhiyyə naziri Oqtay Şirəliyev sabah Göygöldə vətəndaşları qəbul edəcək
Səhiyyə naziri Oqtay Şirəliyev sabah Göygöldə vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev 18 oktyabr
Silah-sursatla gələn vətəndaş gömrük postunda saxlanıldı
Silah-sursatla gələn vətəndaş gömrük postunda saxlanıldı
Gömrükçülər psixotrop maddə və silah-sursatın gömrük nəzarətinə bəyan
HHM bölmələri “OSA” zenit-raket komplekslərindən döyüş atışları icra ediblər - VİDEO
HHM bölmələri “OSA” zenit-raket komplekslərindən döyüş atışları icra ediblər - VİDEO
Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına
reklam
İran
İran "Qarabağ İslam bölgəsidir" konfransını ləğv etdi - Ermənistana görə
13 oktyabrda İranda keçirilməsi nəzərdə tutulan "Qarabağ İslam bölgəsidir"
Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolu yenidən qurulur
Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolu yenidən qurulur - VİDEO
Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq ölkənin
Baş konsulun rəfləri açıb göstərməsi...
Baş konsulun rəfləri açıb göstərməsi... - Çavuşoğlu
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu səudiyyəli jurnalist Camal
 
XİA.az - TƏQDİMAT