Ağdam RİHB-sı Vaqif Həsənov Sumqayıtda köçkünlərlə görüşüb

Ağdam RİHB-sı Vaqif Həsənov Sumqayıtda köçkünlərlə görüşüb
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Sumqayıt şəhərində məskunlaşan Ağdamnan olan məcburi köçkünlər ilə növbəti səyyar qəbul-görüşü keçirib.

Oktyabrın 5-də Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Sumqayıt şəhərində məskunlaşan Ağdamnan olan məcburi köçkünlər ilə səyyar qəbul-görüş keçirib.
Təhsil, mədəniyyət, köçkün inzibati ərazi dairəsi nümayəndələrin və digər xidmət sahələri rəhbərlərinin də iştirak etdiyi görüşdə respublikanın sosial-iqtisadi inkişafı, məcburi köçkün əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən icra başçısı keçirilən bu cür səyyar qəbul-görüşlərin məcburi köçkün əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaratdığını bildirib.
Məcburi köçkün sakinlərindən Vasif Eyvazov, Tahir Əliyev, , Rahilə Əsədova, Vüqar Əliyev, Firuzə Cəbrayılova, şəhid ailəsi Raxşəndə Kərimzadə və başqaları əhalinin həyat şəraiti, respublikada gedən sosial-iqtisadi inkişafdan məcburi köçkünlərin də daim diqqət mərkəzində saxlanılmasından razılıqlarını ifadə edərək bəzi problemlərin olması barədə də məlumat veriblər. Sakinlər Çıxışlarında əsasən mənzil şəraitlərinin ağır olduğunu və evlə təmin olunmalarına, sosial məsələlər və digər problemlərinin öz həllini tapmasına ehtiyac olduğu diqqətə çatdırılıb. Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov Vətəndaşların qaldırdıqları məsələlərin həlli istiqamətində bildirib ki, Sumqayıt şəhəri ərazisində ictimai binalarda və xüsusi ağır şəraitdə yaşayan sakinlər üçün tikilən binalardan evlə təmin olunmaları üçün lazımi işlər aparılmış və onların bu probleminin həllinə nail olunacaq. Digər məsələlərin həlli üçün isə əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Səhiyyə naziri Oqtay Şirəliyev sabah Göygöldə vətəndaşları qəbul edəcək
Səhiyyə naziri Oqtay Şirəliyev sabah Göygöldə vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev 18 oktyabr
Silah-sursatla gələn vətəndaş gömrük postunda saxlanıldı
Silah-sursatla gələn vətəndaş gömrük postunda saxlanıldı
Gömrükçülər psixotrop maddə və silah-sursatın gömrük nəzarətinə bəyan
HHM bölmələri “OSA” zenit-raket komplekslərindən döyüş atışları icra ediblər - VİDEO
HHM bölmələri “OSA” zenit-raket komplekslərindən döyüş atışları icra ediblər - VİDEO
Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına
reklam
İran
İran "Qarabağ İslam bölgəsidir" konfransını ləğv etdi - Ermənistana görə
13 oktyabrda İranda keçirilməsi nəzərdə tutulan "Qarabağ İslam bölgəsidir"
Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolu yenidən qurulur
Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolu yenidən qurulur - VİDEO
Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq ölkənin
Baş konsulun rəfləri açıb göstərməsi...
Baş konsulun rəfləri açıb göstərməsi... - Çavuşoğlu
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu səudiyyəli jurnalist Camal
 
XİA.az - TƏQDİMAT