Dövlət Miqrasiya Xidməti “ASAN Radio” ilə yeni layihəyə start verir

Dövlət Miqrasiya Xidməti “ASAN Radio” ilə yeni layihəyə start verir
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (DMX) və dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radio – “ASAN Radio” birgə yeni layihəyə start verir. “Miqrasiya xidməti” adlanan verilişdə Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq miqrasiya qaydaları, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma müddətlərinin uzadılması, icazələrin verilməsi, vətəndaşlığa qəbul, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması, qanunsuz miqrasiyaya qarşı mübarizə və sair məsələlərlə bağlı faydalı məlumatlar çatdırılacaq.

Dövlət Miqrasiya Xidmətinin əməkdaşları ilə yanaşı ölkədə yaşayan əcnəbilər, əmək fəaliyyəti göstərən əməkçi miqrantlar da verilişdə qonaq olacaqlar.

Yeni layihə ilə bağlı Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “ASAN Radio”nun “QəbuldASAN” verilişində qonaq olarkən bildirib ki: “Biz marağındayıq ki, miqrasiya xidmətlərindən istifadə edən əcnəbi, eyni zamanda vətəndaşlarımız qanunvericilik, tətbiq olunan prosedurlar barədə məlumatlı olsunlar. Çünki bizim təhlillər də göstərir ki, əksər hallarda əcnəbilər sırf məlumatsızlıq səbəbindən miqrasiya qanunvericiliyinin tələblərini pozurlar. Bu səbəbdən müəyyən məsuliyyətə cəlb olunurlar. Bunu aradan qaldırmaq, onların özlərini daha əmin, məlumatlı hiss etmələri üçün belə bir layihəyə ehtiyac var. Hesab edirəm ki, bu veriliş DMX-nin fəaliyyəti ilə bağlı çox böyük dəyər yaradacaqdır və fürsətdən istifadə edib bu təşəbbüsə dəstək olduğunuz üçün “ASAN xidmət”in rəhbərliyinə və ASAN Radioya təşəkkürlər edirəm.”

Qeyd edək ki, “Miqrasiya xidməti” verilişini hər həftənin çərşənbə günü saat 11.05-də dinləyə bilərsiniz. Verilişdə vətəndaş sualları da qəbul ediləcək.

Müraciət üçün əlaqə: 012-56-56-100 (şəhər), 070-65-56-100 (whatsapp)

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Səhiyyə naziri Oqtay Şirəliyev sabah Göygöldə vətəndaşları qəbul edəcək
Səhiyyə naziri Oqtay Şirəliyev sabah Göygöldə vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev 18 oktyabr
Silah-sursatla gələn vətəndaş gömrük postunda saxlanıldı
Silah-sursatla gələn vətəndaş gömrük postunda saxlanıldı
Gömrükçülər psixotrop maddə və silah-sursatın gömrük nəzarətinə bəyan
HHM bölmələri “OSA” zenit-raket komplekslərindən döyüş atışları icra ediblər - VİDEO
HHM bölmələri “OSA” zenit-raket komplekslərindən döyüş atışları icra ediblər - VİDEO
Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına
reklam
İran
İran "Qarabağ İslam bölgəsidir" konfransını ləğv etdi - Ermənistana görə
13 oktyabrda İranda keçirilməsi nəzərdə tutulan "Qarabağ İslam bölgəsidir"
Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolu yenidən qurulur
Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolu yenidən qurulur - VİDEO
Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq ölkənin
Baş konsulun rəfləri açıb göstərməsi...
Baş konsulun rəfləri açıb göstərməsi... - Çavuşoğlu
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu səudiyyəli jurnalist Camal
 
XİA.az - TƏQDİMAT