Sabirabad və Xaçmaz rayonlarının diri heyvan satışı bazarlarında dezinfeksiya tədbirləri aparılıb

Sabirabad və Xaçmaz rayonlarının diri heyvan satışı bazarlarında dezinfeksiya tədbirləri aparılıb
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən ölkə ərazisində mövcud olan epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində diri heyvanların satışı aparılan bazarlarda dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin həyata keçirilməsinə zərurət yaranması ilə əlaqədar rayonların icra hakimiyyəti başçılarına müraciət ünvanlanıb. Bu müraciətlə əlaqədar Sabirabad və Xaçmaz rayonlarında yerləşən diri heyvanların satışı aparılan bazarlarında dezinfeksiya tədbiri həyata keçirilir.

Sabirabad və Xaçmaz rayonlarının diri heyvan bazarlarında profilaktik dezinfeksiya “Almerdehyde” “Ektosan” və 5 faizli kaustik soda məhlulları ilə aparılıb. Dezinfeksiya məhlulları əraziyə DUK maşınları ilə güclü axın şəkilində və avtomatik səyyar çiləyiçilərlə səpilib. Obyektlər dezinfeksiyadan sonra təsərrüfat sahiblərinin istifadəsinə verilib.

Qeyd edək ki, kənd təsərrüfatı heyvanları saxlanılan, bəslənilən və satışı aparılan obyektlərdə dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri Tarif (qiymət) Şurasının 2007-ci il 26 iyul tarixli 17 saylı qərarı ilə müəyyən edilmiş tariflərə uyğun aparılır.

Dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub. Tədbir hər həftə həyata keçirilir və heyvan satışı yekulaşdıqdan və ərazidə mexaniki təmizlik işləri aparıldıqdan sonra icra edilir.

Dövlət Baytarlıq Xidməti bildirir ki, cari ilin ötən 9 ayı ərzində respublikada 3615703,13 kvadratmetr sahə profilaktik, 437129 kvadratmetr sahə məcburi dezinfeksiya, 208560.4 kvadratmetr sahə dezinseksiya və 3680 kvadratmetr sahə deratizasiya tədbirlərinə cəlb edilmişdir. Hazırda ölkə ərazisində epizootik durum sabitdir və təşkilati-təsərrüfat tədbirləri davam etdirilir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
İlham Əliyev İtaliya Senatı sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
İlham Əliyev İtaliya Senatı sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də İtaliya
İlham Əliyev Türkmənistan Nazirlər Kabineti Sədrinin müavinini qəbul edib
İlham Əliyev Türkmənistan Nazirlər Kabineti Sədrinin müavinini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də
On beş il:
On beş il: - sabit və təhlükəsiz Azərbaycan
Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Beynəlxalq Əlaqələr
reklam
Lökbatan-Qızıldaş avtomobil yolunun yenidən qurulması yekunlaşır
Lökbatan-Qızıldaş avtomobil yolunun yenidən qurulması yekunlaşır - VİDEO
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərinin
Almaniyanın NİTRO jurnalının əməkdaşları Gəncədə olublar
Almaniyanın NİTRO jurnalının əməkdaşları Gəncədə olublar
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Almaniyanın NİTRO
Niyazi Bayramov məktəbəqədər və orta təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb
Niyazi Bayramov məktəbəqədər və orta təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov körpələr evi-uşaq
 
XİA.az - TƏQDİMAT