İran - Ermənistan dostluğunun sirri.....

İran-Ermənistan “qardaşlığı” qorxu üzərində qurulub..

İran - Ermənistan dostluğunun sirri.....

Quranda deyir: - “Möminlər möminləri buraxıb kafirləri dost tutmasınlar! Bunu edən (kafirləri özünə dost tutan) kəs Allahdan heç bir şey gözləməsin (onun Allah dərgahında heç bir qədir-qiyməti olmaz). Ancaq onlardan gələ biləcək bir təhlükədən qorxmanız (çəkinməniz) müstəsnadır. Allah sizi Öz əzabından çəkindirir. Axır dönüş Allaha tərəfdir! (Hamı Allahın hüzuruna qayıdacaqdır!)” (3:28)
Son illər İran-Ermənistan münasibətləri yüksələn xətlə inkişaf edir. Təbii ki, İranın Ermənistana qucaq açması üzv olduğu İslam Konfransı Təşkilatının prinsiplərinə və müsəlmançılıq ideoloji xəttinə ziddir. Bunu İran rəsmiləri şürlu şəkildə dərk etsələr də siyasi maraqlar və anti-Azərbaycan siyasəti Ermənistanın maraqlarına qarşı çıxmağa imkan vermir.
İran prezidenti Mahmud Əhmədinejad əli dirsəyədək azərbaycanlıların, müsəlmanların qanına batmış Sarkisyanı bağrına basanda, qucaqlayanda və "İran-Ermənistan dostluğu, qardaş münasibətlər"dən danışanda daxilində ağrılar keçmədimi?
Kim nə deyir-desin, İran rəsmilərinin Azərbaycanla dostluq-tərəfdaşlıq əlaqələri barədə bəyanatlarını səmimi saymaq olmur.
Çünki Azərbaycanla dost olduğunu iddia edən bir qonşu ölkə, başqa bir qonşunun - Ermənistanın həmin bu “dost ölkə”nin ərazisinin 20 faizini işğalda saxlamasını görməzlikdən gəlməzdi. Üstəlik, işğalçıya qucaq açmaz, onu gücləndirməz, ayaqda saxlamazdı.
Bu haqda çox yazmışam. Yenə yazaq. Çünki İran neçə vaxtdır nə yazıqlar ki, elə bu işlə məşğuldur: Tehran illərdir təcavüzkar dövlətlə iş birliyini gücləndirir, onunla bütün sahələr üzrə əlaqələri möhkəmləndirir, ilbəil dost-doğmalaşır.
İran prezidenti Həsən Ruhaninin Tehranda Ermənistanın yeni səfiri Artaşes Tumanyanla üç il bundan qabaq keçirdiyi görüş zamanı söylədiyi sözlər bunun növbəti təsdiqidir. Prezident iki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün heç bir əngəlin olmadığını deyib və qeyd edib ki, Tehranla İrəvan qarşılıqlı əməkdaşlıqla bahəm, beynəlxalq təşkilatlarda əməkdaşlıq üçün də məqbul səviyyəyə malikdir. Ruhani ümidvar olduğunu bildirib ki, İranla Ermənistan arasında münasibətlər yeni səfirin missiyası dövründə də genişlənəcək.
Buna zərrəcə şübhə eləmirəm, fars-erməni dostluğu və qardaşlığı önümüzdəki illərdə də güclənəcək. Ən azı ona görə ki, cənab Ruhaninin də vurğuladığı kimi, bunun qarşısını kəsəcək əngəl yoxdur.. Yəni Azərbaycanın Ermənitanla müharibə vəziyyətində olması , Azərbaycanın müsalman ölkəsi olaraq, İran ruhanilərinin dediyi kimi , Azərbaycanın müsəlman əhalisinin İran farsları ilə ilə eyni məzhəbdə şiə olması belə əngə ola bilməz. Yəni Quranın , dinimizin tələbi olan müsəlmanın dostu dost , qardaşı qardaşdır tələbi də əngəl deyil və ola bilməz..çünki haylarla farslar eyni köənli qardaş xalqlardır..Köümüz birdir deyən İran Molla rejimi Allahın hökmünü heçə sayır.
Şəksiz, qonşu ölkələrin öz aralarında münasibət qurmasında qəbahətli bir şey yoxdur. Ancaq konkret halda, söhbət biri işğalçı, digəri isə - islam dünyasında liderliyə iddia edən qonşu ölkədən gedirsə, situasiya artıq dəyişir. Məsələ də zatən, bundadır.
Mən məzhəbçi, bölücü deyiləm, fəqət məcburam yenə müqayisə aparmağa: gəlin, bu yerdə müsəlman-şiə İranı ilə müsəlman-sünni Türkiyənin müsəlman-şiə Azərbaycanın işğal məsələsinə münasibətini yanaşı qoyaq.
Hamı bilir ki, Tehran İrəvanla iqtisadi-ticari, siyasi-diplomatik sahələrdə əməkdaşlığı ildən-ilə gücləndirir, Türkiyə isə əksinə, “Azərbaycan torpaqları azad edilməyincə və yaxud azad edilməyə başlamayınca” Ermənistanla sərhədlər açılmayacaq" deyir. Eyni şərti illərdir Pakistan dövləti bəyan edir.
Halbuki əlahəzrət məntiq bunun tam əksini diktə edir. Həm də o səbəbə ki, Türkiyədən, Pakistandan fərqli olaraq İranda çox böyük, 35 milyonluq bir azərbaycanlı-türk toplumu yaşayır, üstəgəl də ölkənin sözünün üstündə söz olmayan dini lideri, möhtərəm Ayətullah Əli Xameneyi etnik kökü azərbaycanlıdır!
Bəs təcavüzkar ermənilərə, Şuşa məscidində donuz və heyvan saxlayan işğalçıya müsəlman-şiə İranın, dindaş ölkənin bunca sıcaq münasibəti, təcavüzkarı faktiki bəsləməsi, ona ən kritik vaxtda öz ərazisindən nəfəslik açıb da bu nəfəsliyi sanki Azərbaycanın acığına, problemin ədalətli həllini səbirsizliklə gözləyən 1 milyon müsəlman qaçqının acığına ildən-ilə böyütməsi nə ilə bağlıdır?
O hansı dəyərdir, ümmət maraqlarından üstün hansı maraqdır ki, İslam dünyasının favorit ölkə statusuna iddia edən “qardaş və dindaş” İranı, müsəlman İranı, məsələn, müsəlman Pakistan və müsəlman Türkiyədən fərqli olaraq Ermənistanla qardaşlaşdırıb?
Cavab belədir: bu dostluq təbii ki, nə ümmət maraqlarından qaynaqlanır, nə də ümumbəşəri dəyərlərdən. Bu, sadəcə, türkün acığına və türk birliyi əleyhinə tarixi fars-erməni dostluğunun davamıdır.
Qərbin İrana qarşı sanksiyalarını sərtləşdirdiyi bir vaxtda , bu ölkənin yeganə xristian qonşusu olan Ermənistan, İslam Respublikasına tamamilə alanmaq münasibət göstərir. Siyasi təzyiqlər, eləcə də imkanlarının məhdudluğu səbəbindən dənizə çıxışı olmayan Ermənistan, yalnız bir məqsədlə-mövcud olmaq xətrinə İrana dostluq pərdəsi nümayiş etdirir.
İran Cənubi Qafqazda öz təsir gücünü qoruyub saxlamaq uğrunda daim Türkiyə və Rusiya ilə mübarizə aparıb
Ermənistan və İran liderləri hər dəfə görüşdüklərində ölkələrinin min illərə söykənən tarixi əlaqələri olduğunu xüsusi vurğulayırlar. Hazırda İranın erməni diasporu 150 min nəfərdən ibarətdir.
Təkcə Şimali İranda 25 milyon etnik azərbaycanlı yaşayır və bu İranı çox ciddi narahat edir. Belə ki, Tehran Azərbaycanlıların üsyan qaldıra biləcəklərindən qorxur. Buna görə də Azərbaycanın zəifləməsini istəyir ki, bu da Ermənistanın istəkləri ilə üst-üstə düşür. Məhz bu birgə istək, Azərbaycana zərbə vurmaq arzusu İranla Ermənistan arasındakı yaranan dostluğun əsasıdır.
İran Ermənistan üçün əsasən mövcudluğunu qoruyub saxlamaq üçün lazımdır, İran üçün isə Ermənistan beynəlxalq aləmə yeganə çıxış yolu və Azərbaycana təsir etmək üçün əvəzolunmaz vasitədir. Bununla yanaşı rəsmi Yerevan İranla dostluq münasibətlərinin Rusiya və Qərblə əlaqələrinə heç bir mənfi təsir etmədiyini bildirir.
Rusiya Ermənistanın strateji tərəfdaşı olaraq qalır, Ermənistan ABŞ və Avropa İttifaqı ilə isti münasibətlərinə davam edir .
Ötən il erməni-fars münasibətləri həddindən artıq məhsuldar olub, belə ki tərəflər mühüm iqtisadi layihələr həyata keçirmək , eləcə də, sərhəddə SES inşa etmək və s. barədə razılığa gəliblərvə bu reallaşır.
Bu baxımdan , Yerevan və Tehran arasında inkişaf edən münasibətlərin Vaşinqtonun səbr kasasını daşıra biləcəyi və Ermənistana qarşı mövqeyini dəyişə biləcəyi istisna edilmirdi..Ermənistanda haimiyyət dəyişiliyi Paşolyan rejimi dövrində də dəyişmədi.
Birləşmiş Ştatlar, məhz İran və Ermənistan üzərində daimi nəzarət əldə etmək məqsədilə Ermənistanın Avropaya çıxışını təmin etmək üçün Ankaradan Ermənistan-Türkiyə sərhədlərini açmağı tələb edirdi. Bundan başqa , ABŞ Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsində səylərini gücləndirməlidir. Daha sonra Vaşinqton Ermənistana regional iqtisadi proqramlara inteqrasiya etməyə kömək etməli, eləcə də “Çərçivə Sazişi” çərçivəsində Ermənistan-ABŞ iqtisadi münasibətlərini inkişaf etdirir. Ancaq bu halda ABŞ Ermənistanın İrandan asılılığını azalda bilər.
Bu maraqların əsas xarakteri qarşıqlıq əsasında qurulmasıdır. Yəni İran və Ermənistanı daha çox üçüncü ölkələrlə münasibətləri birləşdirir. Hər şeydən öncə, bu iki ölkənin Azərbaycanla bağlı maraqları üst-üstə düşməkdədir. Bu maraqlar həm Ermənistan, həm də İran tərəfindən "həyati dərəcədə" əhəmiyyətli maraq kimi qiymətləndirilir. Həm Ermənistan, həm də İran müstəqil və ərazi bütövlüyünə sahib Azərbaycan dövlətinin varlığı ilə razılaşmırlar ki, bu hal xoşməramlı qonşuluq münasibətləri ilə uyğun gəlmədiyi kimi, müasir beynəlxalq münasibətlər sisteminin əsas prinsiplərinə də tamamən ziddir. Ermənistan, ərazilərini işğal etdiyi Azərbaycanla savaş halındadır və bu çərçivədə zəif bir Azərbaycan rəsmi Yerevanın əsas öncəliyidir. İran üçün də bölgədə güclü Azərbaycan ən azı "ciddi narahatlıq mənbəyidir.
İranın öz nüvə proqramını inkişaf etdirərkən Ermənistandan və Ermənistan vasitəsilə Rusiyadan elmi-texniki dəstək aldığı dəfələrlə iddia edilmişdir. Digər yandan, rəsmi Tehranın ABŞ-dakı erməni lobbisini bu ölkə ilə münasibətlərinin normallaşdırılması prosesində mühüm bir müttəfiq kimi gördüyü qeyd olunur. Həmçinin, Ermənistan İranın enerji ehtiyatları üçün həm bazar kimi, həm perspektivdə Qərb bazarlarına çıxış kimi xarakterizə edilir. Bu çərçivədə Ermənistan və İran arasındakı münasibətlərdə diqqəti cəlb edən mövzular arasında Qarabağ məsələsi də var. İran Qarabağa dair rəsmi açıqlamalarında Azərbaycanın ərazi bötövlüyünü dəstəklədiyini bildirsə də, təcavüzkar Ermənistana qarşı tətbiq edilən iqtisadi embarqonun zəiflədilməsində və bu ölkənin strateji mühasirəyə alınmasının əngəllənməsində çox fəal rol oynayır. İranın Azərbaycan ilə Ermənistan arasındakı iki vacib vasitəçilik təşəbbüsünün Azərbaycanı rahatladaraq Xocalı soyqırımına və Şuşanın işğalına səbəb olduğu da bilinir. Göründüyü kimi, İran üçün Ermənistan, birinci növbədə, Azərbaycanı və Türkiyəni narahat etməsi baxımından strateji önəmə sahibdir. Çünki İran müstəqil Azərbaycanı və güclü Türkiyəni nəinki xarici siyasət maraqlarına, hətta öz varlığına təhlükə kimi görür.
İran-Ermənistan əlaqələrinin inkişafında hər ikisinin hələ uzun müddət maraqlı olacaqlarını demək mümkündür. Sadəcə, Türkiyə və Azərbaycanın İran üzərində, Rusiya və ABŞ-ın isə Ermənistan üzərində təzyiqləri bu münasibətləri müəyyən dərəcədə zəiflətməyə səbəb ola bilər. Sonda bir məqama da toxunmaq istəyirəm. Belə ki, iddia edildiyi kimi, İran-Ermənistan münasibətləri, daha doğrusu, İranın Ermənistan siyasəti Azərbaycan-İsrail, ya da Azərbaycan-ABŞ münasibətlərinə cavab xarakteri daşımır. Çünki Azərbaycan heç bu iki ölkə ilə münasibətləri formalaşdırmağa macal tapmamış, İran xarici siyasəti baxımından "arzuolunmaz" mövqeyə malik olmuşdur.
Yalnız bir şeyə təəssüflənmək qalır: nədən İrandakı nüfuzlu türk toplumu səsini çıxarmır? Nə üçün ölkənin azərbaycanlı hörmətli dini lideri müsəlman Azərbaycan Respublikasına, onun müsəlman xalqına bu boyda haqsız münasibəti özlərinə rəva bilirlər? Və nə vaxtadək?
Ermənistanın problemlərinin çoxu yalnız Azərbaycana və ümumilikdə türk dünyasına aqressiyasından əl çəkəcəyi təqdirdə həllini tapa bilər.
Yalnız işğal etdiyi Azərbaycan torpaqlarını azad etmək Ermənistana regional layihələrdə iştirak etmək imkanı yaradacaq və avtomatik olaraq ölkədə həyat səviyyəsi yüksələcək.
Vəkil Rövşən Qasımov

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
İlham Əliyev İtaliya Senatı sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
İlham Əliyev İtaliya Senatı sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də İtaliya
İlham Əliyev Türkmənistan Nazirlər Kabineti Sədrinin müavinini qəbul edib
İlham Əliyev Türkmənistan Nazirlər Kabineti Sədrinin müavinini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də
On beş il:
On beş il: - sabit və təhlükəsiz Azərbaycan
Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Beynəlxalq Əlaqələr
reklam
Lökbatan-Qızıldaş avtomobil yolunun yenidən qurulması yekunlaşır
Lökbatan-Qızıldaş avtomobil yolunun yenidən qurulması yekunlaşır - VİDEO
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərinin
Almaniyanın NİTRO jurnalının əməkdaşları Gəncədə olublar
Almaniyanın NİTRO jurnalının əməkdaşları Gəncədə olublar
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Almaniyanın NİTRO
Niyazi Bayramov məktəbəqədər və orta təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb
Niyazi Bayramov məktəbəqədər və orta təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov körpələr evi-uşaq
 
XİA.az - TƏQDİMAT