11 oktyabr - Beynəlxalq Qız övladları günüdür

11 oktyabr - Beynəlxalq Qız övladları günüdür

BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyi Beynəlxalq Qız övladları günü münasibətilə cinsə görə edilən abortlara qarşı yönəlmiş “404:Not Found” adlı videoçarx ərsəyə gətirib.

Trend-in məlumatına görə, videoçarxda qızlara dünyaya gəlmək şansı verildiyi təqdirdə onların cəmiyyətə nə qədər töhfə verə biləcəyi nümayiş etdirilir və selektiv abortların gender əsaslı ayrı-seçkilik nəticəsində qadınların cəmiyyətdə iştirakını məhdudlaşdıran stereotiplərdən qaynaqlanması vurğulanır.

11 oktyabr Beynəlxalq Qız övladları günü kimi dünyanın əksər ölkələrində qeyd olunur. BMT-nin Baş Assambleyasının qərarı ilə 2012-ci ildən təsis olunan bu gün qızların hüquqlarının müdafiəsi, onlar üçün səhiyyə, təhsil və digər imkanların müyəssərliyinin, eyni zamanda cəmiyyətdə gender bərabərliyinin təmin olunmasına diqqətin artırılması məqsədinə xidmət edir.

Təəssüf ki, Azərbaycanda qız övladına münasibət birmənalı deyil. Cəmiyyətdə hökm sürən bir sıra stereotiplər qızları ailədə arzuolunmaz edir. Doğulan uşaqlar arasında cins nisbətinin bioloji normaya əsasən 105-106 olmasına baxmayaraq, məhz bu münasibət nəticəsində Azərbaycanda bu rəqəm 114 təşkil edir. Bu durumla qarşılaşan ölkələrin təcrübəsinə nəzər salsaq, aydın olur ki, bu gedişatla Azərbaycan cəmiyyəti qarşısı çox çətin alınan bir sıra problemlərlə üzləşə bilər.

Bunu nəzərə alaraq, BMT-nin Əhali Fondu uşağın cinsinə görə edilən abortların qarşısının alınması məqsədilə bir sıra layihələr həyata keçirir. Bu layihələrə ölkədə ilk dəfə olaraq əsas auditoriya qismində məhz gənc kişi və atalar cəlb olunur. Sözügedən layihələrin uğurlu icrası məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də əsas tərəfdaşlar kimi yaxından iştirak edərək bu təşəbbüslərə əhəmiyyətli dəstək verirlər.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
İlham Əliyev İtaliya Senatı sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
İlham Əliyev İtaliya Senatı sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də İtaliya
İlham Əliyev Türkmənistan Nazirlər Kabineti Sədrinin müavinini qəbul edib
İlham Əliyev Türkmənistan Nazirlər Kabineti Sədrinin müavinini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də
On beş il:
On beş il: - sabit və təhlükəsiz Azərbaycan
Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Beynəlxalq Əlaqələr
reklam
Lökbatan-Qızıldaş avtomobil yolunun yenidən qurulması yekunlaşır
Lökbatan-Qızıldaş avtomobil yolunun yenidən qurulması yekunlaşır - VİDEO
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərinin
Almaniyanın NİTRO jurnalının əməkdaşları Gəncədə olublar
Almaniyanın NİTRO jurnalının əməkdaşları Gəncədə olublar
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Almaniyanın NİTRO
Niyazi Bayramov məktəbəqədər və orta təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb
Niyazi Bayramov məktəbəqədər və orta təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov körpələr evi-uşaq
 
XİA.az - TƏQDİMAT