Nazirliyin bağlatdırmaq istədiyi restoranlardan sərt reaksiya - “65 min xərcimiz çıxdı”

Nazirliyin bağlatdırmaq istədiyi restoranlardan sərt reaksiya

Xəbər verdiyimiz kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 iaşə obyektinin fəaliyyətinin dayandırılması ilə bağlı məhkəməyə müraciət edəcəyini açıqlayıb. Buna səbəb kimi həmin obyektlərdən atmosferə zərərli qaz buraxılması, vaxt verilməsinə rəğmən həmin restoranlara müvafiq təmizləyici filtr və qurğuların quraşdırılmadığı göstərilib.

BakuPost-un əməkdaşı nazirliyin fəaliyyətinin dayandırılmasını tələb etdiyi restoranlardan bəziləri ilə əlaqə saxlayıb.

"Milord” şadlıq sarayından bildirilib ki, artıq filtr quraşdıran şirkətlə müqavilə imzalanıb. Lakin bir problem var: "Nazirlik bizə noyabrın 1-nə kimi vaxt verib. Amma müqavilə imzaladığımız şirkət bizə filtrlərin noyabrın 20-dən tez quraşdırıla bilməyəcəyini deyir. Biz də nazirliyə müraciət edəcəyik ki, məsələ belədir. Nə edək, necə edək?”

Restorandan qeyd olunub ki, filtrlərin quraşdırılmasın 17 min xərcləri çıxıb.

"Filiz” şadlıq sarayından isə qeyd olunub ki, restoran noyabr ayının 10-na kimi Məhərrəmlik ayı səbəbindən işləmir. Buna görə də nazirlik restoran sahiblərinə ayın 1-nə kimi deyil, heç olmazsa 10-na kimi vaxt verməlidir: "Nazirliklə danışmışıq. Deyiblər ki, sizə ayın 1-nə kimi vaxt veririk. İndi də Məhərrəmlikdir. Məhərrəmlik 10-da çıxır. Restoran onsuz da işləmir. Deyirəm ki, ayın 10-na kimi biz müqavilə də imzalayacağıq, filtr də quraşdıracağıq, niyə tələsiyə salırsınız ki? Qapısı bağlı restorandan havaya nə zərərli maddə atıla bilər ki?

Gəlirlər, deyirlər ki, bu gün qərar çıxdısa, elə sabah da həll edin. Biz də iş adamıyıq, özümüzə uyğun olanını seçmək istəyirik. Həm də eləsini seçməliyik ki, sabah problem çıxmasın. Ucuz şey deyil. İş adamlarının da, camaatın da vəziyyəti yaxşı deyil. Biz artıq bir neçə filtr şirkəti ilə danışmışıq. Hamısı öz xidmətini təklif edir. Biz də seçəcəyik”.

"Filiz”dən qeyd olunub ki, sözügedən avadanlıqların quraşdırılmasına 9-12 min manat arasında pul xərcləyəcəklər.

"Xəmsə” şadlıq evinin sahibi Mürvət Həsənli deyib ki, onun obyektində filtrlər artıq quraşdırılıb: "15-20 gün olar, biz filtrləri quraşdırmışıq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də vaxtında məlumat vermişik. Nazirliyin göstərişindən sonra filtrlərə tələbatın birdən-birə artması qiymətlərdə də oynama yaratdı, bəziləri bu vəziyyətdən insafsızcasına istifadə etməyə çalışır. Həm də həmin həcmdə filtrlərdə qıtlıq yarandı. Ona görə də filtrləri çox baha qiymətə gəlib quraşdırırdılar. 100 minə kimi xərcimiz çıxa bilərdi. Biz də buna görə gözlədik və Məhərrəmlik ayında quraşdırdıq ki, qiymətlər bizə də münasib olsun. 65 min manata kimi xərcim çıxdı”.

"Neapol” şadlıq sarayından da müvafiq qurğuların mövcud olduğu bildirilib: "Bizim qurğumuz yerindədir. O məlumatı kim yayıbsa, səhv yayıb. Belə çıxır ki, onlarla mən rəsmi şəkildə danışmalıyam artıq. Məlumatı yayan adamın da adını öyrənmişəm. Rəsmi ölçü götürəcəyik”.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu - nazir müavinini bitirən səbəblər
ƏƏSMN-in “boz kardinalı” hesab olunan İlqar Rəhimov nazirlikdəki
Bu gündən ölkə qış rejiminə keçir
Bu gündən ölkə qış rejiminə keçir - dövlət qurumları "hazırıq" deyir
Noyabrın 15-dən sonra ölkədə qış rejiminə keçilir. Bu gündən etibarən
reklam
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
O əlavə edib ki, ixrac missiyaları həm Azərbaycan məhsulları üçün ənənəvi
Padarçöldə yük maşını aşdı
Padarçöldə yük maşını aşdı - Yaralanan var
XİA.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil
Qobustanda  ev yanıb
Qobustanda ev yanıb
Qobustan rayonunun Cəngi kəndində ev yanıb.
 
XİA.az - TƏQDİMAT