BŞİH: Küləkli havadan sui-istifadə edənlər var - "Ağacı aşırım, işim getsin"

BŞİH: Küləkli havadan sui-istifadə edənlər var
Bakıda müşahidə edilən güclü külək bəhanəsiylə ağacların qəsdən məhv edilməsi faktları aşkarlanıb.
"Ölkə.Az" xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov trend-ə bildirib ki, şəhər sakinləri arasında ağacları bilərəkdən kökündən çıxaranlar da var.

BŞİH rəsmisi hazırda həmin faktların dəqiqləşdirildiyini deyib:
"Çox təəssüf ki, belə havadan sui-istifadə edənlər də olur. Bəziləri qəsdən obyektlərin qarşısında olan ağacları aşırır və sonra da deyirlər ki, gecə külək sındırıb. Əslində isə həmin ağac onların öz maraqlarına uyğun olmadığı üçün bu hərəkəti ediblər".

Qeyd edək ki, ötən gündən bəri şəhərin müxtəlif yerlərində 60-a yaxın ağacın aşması barədə müraciət daxil olub. Müraciətlər daha çox Yasamal, Səbail, Nəsimi və Xətai rayonlarından daxıl olub.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu - nazir müavinini bitirən səbəblər
ƏƏSMN-in “boz kardinalı” hesab olunan İlqar Rəhimov nazirlikdəki
Bu gündən ölkə qış rejiminə keçir
Bu gündən ölkə qış rejiminə keçir - dövlət qurumları "hazırıq" deyir
Noyabrın 15-dən sonra ölkədə qış rejiminə keçilir. Bu gündən etibarən
reklam
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
O əlavə edib ki, ixrac missiyaları həm Azərbaycan məhsulları üçün ənənəvi
Padarçöldə yük maşını aşdı
Padarçöldə yük maşını aşdı - Yaralanan var
XİA.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil
Qobustanda  ev yanıb
Qobustanda ev yanıb
Qobustan rayonunun Cəngi kəndində ev yanıb.
 
XİA.az - TƏQDİMAT