Mədəniyyət naziri Əbülfəs Qarayev Monteneqronun mədəniyyət naziri Aleksandr Boqdanoviç ilə görüşüb

Mədəniyyət naziri Əbülfəs Qarayev Monteneqronun mədəniyyət naziri Aleksandr Boqdanoviç ilə görüşüb
26 oktyabr 2018-ci il tarixində mədəniyyət naziri Əbülfəs Qarayev VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Bakıda səfərdə olan Monteneqronun mədəniyyət naziri Aleksandr Boqdanoviç ilə görüşüb.

Görüşdə iki ölkə arasında qurulmuş mədəni əlaqələrin yeni mərhələsinin inkişafı, kitabxana, incəsənət sərgiləri və klassik musiqi sahələrində birgə əməkdaşlıq məsələləri müzakirə olundu.

Monteneqronun mədəniyyət naziri Aleksandr Boqdanoviç VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirakından yüksək məmnunluğunu ifadə edərək, yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirmişdir. Həmçinin, nazir mədəni marşrutların inkişafı istiqamətində də birgə işlər görülməsinin əhəmiyyətini xüsusi vurğulayaraq, Şərab Yolları və Zeytun Yolları kimi mədəni marşrutlarda birgə əməkdaşlıq edilməsini xüsusi qeyd etmişdir.

Görüşdə nazir Əbülfəs Qarayev iki ölkə arasında mədəni sahədə birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu qeyd etmiş və qarşı tərəfin təklifini dəstəkləmişdir. Azərbaycan və Monteneqro arasında mədəni əlaqələrin daha da genişləndirilməsi məqsədilə 2010-cu ildə imzalanmış memoranduma əlavə olaraq fəaliyyət planının imzalanmasını təklif etmişdir.

Bununla yanaşı, görüşdə muzeylər arasında əməkdaşlıq, xalçaçılıq sənətinin təqdimatı və qarşılıqlı film həftələrinin keçirilməsi məsələləri də müzakirə olunmuşdur.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu - nazir müavinini bitirən səbəblər
ƏƏSMN-in “boz kardinalı” hesab olunan İlqar Rəhimov nazirlikdəki
Bu gündən ölkə qış rejiminə keçir
Bu gündən ölkə qış rejiminə keçir - dövlət qurumları "hazırıq" deyir
Noyabrın 15-dən sonra ölkədə qış rejiminə keçilir. Bu gündən etibarən
reklam
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
O əlavə edib ki, ixrac missiyaları həm Azərbaycan məhsulları üçün ənənəvi
Padarçöldə yük maşını aşdı
Padarçöldə yük maşını aşdı - Yaralanan var
XİA.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil
Qobustanda  ev yanıb
Qobustanda ev yanıb
Qobustan rayonunun Cəngi kəndində ev yanıb.
 
XİA.az - TƏQDİMAT