İqtisadiyyat Nazirliyində görüşlər keçirilib

İqtisadiyyat Nazirliyində görüşlər keçirilib
İqtisadiyyat naziri Şahin Mustafayev VI Humanitar Bakı Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın prezidenti, Meksika Deputatlar Palatasının üzvü Qabriela Kuevas Barron ilə görüşüb.Nazir Şahin Mustafayev Azərbaycan-Meksika əlaqələrinın qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığını qeyd edib. 2008-də Azərbaycanın Meksikada, 2014-cü ildə isə Meksikanın ölkəmizdə səfirlikləri açılıb. Hər iki ölkənin parlamentlərində qarşılıqlı əməkdaşlıq üzrə parlamentlərarası işçi qrupları fəaliyyət göstərir. 2012-də Meksika Senatının qərarı ilə Meksika Xocalı soyqırımını tanıyıb.Ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi imkanlarından danışan Şahin Mustafayev iqtisadi əməkdaşlığın genişləndirilıməsi üçün möhkəm müqavilə-hüquq bazanın yaradılması istiqamətdə işlər aparıldığını qeyd edib, Azərbaycan və Meksika arasında sənaye, ticarət, investisiya, turizm, humanitar sahələrində əməkdaşlığın inkişafı üçün potensialı diqqətə çatdırıb. Meksika şirkətləri həmçinin, Azərbaycanda yaradılmış sənaye parklarında və sənaye məhəllələrində, aqroparklarda iştirak edə, birgə müəssisələr yarada bilərlər. Azərbaycan və Meksika iş adamları arasında, xüsusilə kiçik və orta sahibkarlıq sahəsində əlaqələrin genişlənməsi, yeni əməkdaşlığın qurulması baxımından sərgilərin, biznes forumların, yarmarkaların keçirilməsinin, ticarət evlərinin yaradılmasının önəmini qeyd edən iqtisadiyyat naziri Meksika şirkətlərini Azərbaycanda həyata keçirilən investisiya layihələrində fəal iştiraka dəvət edib.Parlamentlərarası İttifaqın prezidenti, Meksika Deputatlar Palatasının üzvü Qabriela Kuevas Barron Meksika və Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişafı üçün mövcud potensialdan istifadənin, iş adamları arasında əlaqələrin genişləndirilməsinin ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini vurğulayıb, Azərbaycana ticarət missiyasının təşkil olunmasını təklif edib.Görüşdə Azərbaycan və Meksika arasında iqtisadi əlaqələr, əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

*** ***

İqtisadiyyat naziri Şahin Mustafayev VI Humanitar Bakı Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Sloveniya Milli Şurasının prezidenti Aloyz Kovştsanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə də görüşüb.Görüşdə Şahin Mustafayev 2009-cu ildə ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyanatın imzalandığını qeyd edib, əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı rəsmi səfərlərin mühüm əhəmiyyətini vurğulayıb.Bildirilib ki, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq üzrə indiyədək 12 sənəd imzalanıb. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Sloveniya Respublikasının İqtisadiyyat Nazirliyi arasında əməkdaşlıq haqqında Memoranduma əsasən Azərbaycan-Sloveniya Birgə İşçi Qrupu yaradılıb.Nazir Şahin Mustafayev 2014-cü ilin dekabrında Sloveniya Parlamenti Milli Şurası tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini müdafiə edən sənədin və 2016-cı ilin yanvar ayında Xocalı soyqırımı ilə bağlı sənədin qəbul edildiyini vurğulayıb və Sloveniya tərəfinə minnətdarlıq edib.Azərbaycan və Sloveniya arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sənaye, rabitə, xidmət, ticarət və s sahələrdə uğurlu əməkdaşlıq həyata keçirilir. Azərbaycanda 10 Sloveniya şirkəti fəaliyyət göstərir. Ölkələrimiz arasında energetika, sənaye, kənd təsərrüfatı, əczaçılıq, turizm, humanitar və s. sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar var. Vurğulanıb ki, Sloveniya şirkətləri Azərbaycanda yaradılan sənaye parklarına və aqroparklara investisiya yatıra, Azərbaycanın tranzit imkanlarından yararlana bilərlər. Bununla yanaşı, iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün AZPROMO və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin imkanlarından istifadə oluna bilər. Nazir Şahin Mustafayev Sloveniya nümayəndə heyətinin Azərbaycana səfərinin də əlaqələrin inkişafına müsbət töhfə verəcəyinə əminliyini bildirib.Sloveniya Milli Şurasının prezidenti Aloyz Kovştsa ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb, Sloveniya şirkətlərinin Azərbaycanda qeyri-neft sektorunun müxtəlif sahələrində fəaliyyət göstərməkdə maraqlı olduqlarını diqqətə çatdırıb.Görüşdə iqtisadi əməkdaşlığın genişdirilməsi istiqamətləri, həmçinin qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

*** ***

VI Humanitar Bakı Forumunun iştirakçısı - BMT Baş katibinin Yaxın Şərq və Mərkəzi Asiya regionları ilə humanitar tərəfdaşlıqlar üzrə müavini Rəşid Xalikovla görüşdə İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizin BMT ilə əlaqələrinin yüksək səviyyədə olduğunu, Azərbaycanın BMT-nin bir çox təşəbbüs və proqramlarına qoşulduğunu, BMT-nin bir sıra proqram və ixtisaslaşmış qurumları qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirildiyini qeyd edib, Minilliyin İnkişaf Məqsədlərinə, həmçinin Davamlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması istiqamətində görülən işləri diqqətə çatdırıb.Ölkəmizin BMT-nin fəal üzvlərindən olduğunu vurğulayan Rəşid Xalikov Azərbaycanın qısa müddətdə iqtisadi və sosial sahələrdə böyük uğurlar qazandığını, Azərbaycan beynəlxalq miqyasda humanitar yardım göstərən ölkəyə çevrildiyini qeyd edib. Rəşid Xalikov Azərbaycanın davamlı inkişafının humanitar sahədə mövqelərinin daha da möhkəmlənməsinə etibarlı zəmin yaratdığını, VI Humanitar Bakı Forumunun əlaqələrin genişlənməsində əhəmiyyətli plıatforma olduğunu vurğulayıb.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu - nazir müavinini bitirən səbəblər
ƏƏSMN-in “boz kardinalı” hesab olunan İlqar Rəhimov nazirlikdəki
Bu gündən ölkə qış rejiminə keçir
Bu gündən ölkə qış rejiminə keçir - dövlət qurumları "hazırıq" deyir
Noyabrın 15-dən sonra ölkədə qış rejiminə keçilir. Bu gündən etibarən
reklam
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
O əlavə edib ki, ixrac missiyaları həm Azərbaycan məhsulları üçün ənənəvi
Padarçöldə yük maşını aşdı
Padarçöldə yük maşını aşdı - Yaralanan var
XİA.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil
Qobustanda  ev yanıb
Qobustanda ev yanıb
Qobustan rayonunun Cəngi kəndində ev yanıb.
 
XİA.az - TƏQDİMAT