“Report” informasiya agentliyi dörd yaşını qeyd edir

“Report” informasiya agentliyi dörd yaşını qeyd edir
Bu gün “Report” informasiya agentliyi dörd yaşını qeyd edir.

Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən “Report” İA ötən dörd il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.

“Report”un Türkiyə, Rusiya, Gürcüstan, Qərbi və Şərqi Avropa üzrə müxbir postları, habelə Azərbaycan üzrə Qarabağ, Cənub, Aran, Şirvan, Qərb, Şimal, Şimal-Qərb büroları fəaliyyət göstərir.

“Report” İA-nın əsas veb-resursu olan www.report.az saytı ötən dövr ərzində özünü digər mətbuat orqanları üçün etibarlı xəbər mənbəyi kimi təsdiqləyib. Agentliyin xəbərlərini ölkədə fəaliyyət göstərən yüzlərlə informasiya resursu, o cümlədən televiziya, radio, qəzet və xəbər saytları yayımlayır. Saytın rus və ingilis dillərində olan versiyalarında Azərbaycanla bağlı dərc olunan xəbərlər nüfuzlu beynəlxalq KİV-lərin də diqqət mərkəzində olub.

“Report” İnformasiya Agentliyi gündəlik bülletenlər vasitəsilə məlumatların abunəçilərə təqdim edilməsini həyata keçirir. Agentliyin dərc etdiyi məlumatlara abunə olan qurumlar və şəxslər www.report.az saytında gedən xəbərləri, analitik məlumatları oxumaq üstünlüyü qazanırlar.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu - nazir müavinini bitirən səbəblər
ƏƏSMN-in “boz kardinalı” hesab olunan İlqar Rəhimov nazirlikdəki
Bu gündən ölkə qış rejiminə keçir
Bu gündən ölkə qış rejiminə keçir - dövlət qurumları "hazırıq" deyir
Noyabrın 15-dən sonra ölkədə qış rejiminə keçilir. Bu gündən etibarən
reklam
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
O əlavə edib ki, ixrac missiyaları həm Azərbaycan məhsulları üçün ənənəvi
Padarçöldə yük maşını aşdı
Padarçöldə yük maşını aşdı - Yaralanan var
XİA.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil
Qobustanda  ev yanıb
Qobustanda ev yanıb
Qobustan rayonunun Cəngi kəndində ev yanıb.
 
XİA.az - TƏQDİMAT