Qərbdən fərqli olaraq: Azərbaycanlılar niyə nikah müqaviləsi bağlamır?

Qərbdən fərqli olaraq: Azərbaycanlılar niyə nikah müqaviləsi bağlamır?
Nikaha daxil olarkən cütlüklər arasında sevgi hissi nə qədər güclü olsa da, hər zaman ehtimal var ki, onlar arasında sevgi bitə və xoşbəxt ailədə mübahisələr, anlaşılmazlıqlar və bunların nəticəsində boşanmalar ola bilər. Boşanma zamanı nikah dövründə əldə edilmiş əmlakın bölüşdürülməsi hər tərəfi narahat edir.

Məlumdur ki, Qərbdə nikaha daxil olma zamanı tərəflər nikah müqaviləsi bağlayırlar, bu, boşanma zamanı əmlakın bölüşdürülməsi məsələsini hüquqi yolla həll etməyə kömək edir.

ABŞ-da və bir çox Avropa ölkələrində bu, ümumi qəbul edilmiş təcrübədir və orada nikaha girənlərin 70 faizi bu müqaviləni bağlayır.

Oxu.Az-a açıqlama verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib ki, Amerika və ya Fransada, misal üçün, nikah müqaviləsində hətta uşaqlarla bağlı məsələlər də razılaşdırılır: boşanmadan sonra kim uşağa tərbiyə verəcək, kim onu məktəbə aparacaq, kim onu maddi cəhətdən təmin edəcək.

“Nikah müqaviləsi tərəflər arasında nikah və bundan sonrakı dövrdə əmlak və qeyri-əmlak məsələlərini tənzimləyir. O, əmlakın istifadəsi, sahibliyi və satışı məsələlərinin həllinə kömək edir”, - müsahibimiz bildirib.

E.Səfərov qeyd edib ki, nikaha daxil olma zamanı hər iki tərəf icrası məcbur olan normaların qeyd edildiyi nikah müqaviləsini bağlaya bilər.

Qərbdən fərqli olaraq, Azərbaycanda nikah müqaviləsinin bağlanması geniş xarakter daşımır.

Ekspertin sözlərinə görə, nikah müqaviləsini illik təxminən 100 nəfər bağlayır ki, bu da, ümumi nikaha girənlərin hətta 1 faizi belə etmir (2017-ci ildə Azərbaycanda 62 923 nikah qeydə alınıb – red.).

“Azərbaycanda nikah müqaviləsinin bağlanması məcburi xarakter daşımır. Təəssüf ki, bizdə bir çox ailələr bu məsələ ilə bağlı xeyli gec – zəruri sənədlərin tərtibatı və məhkəmə çəkişməsində xeyli maddi xərc çəkdikdən sonra fikirləşirlər”, - departament rəhbəri bildirib.

Eyni zamanda, belə bir fikir var ki, nikah müqaviləsinin bağlanması ailədə romantik münasibətlərin dağılmasına səbəb ola bilər.

Ancaq E.Səfərov bunu təkzib edib və deyib ki, nikah müqaviləsi münasibətlərə müsbət təsir göstərə və ailə ittifaqını möhkəmləndirə bilər.

“Bu cür müqavilənin bağlanması nəinki ölkədə boşanmaların sayını azalda (2017-ci ildə 14 514 boşanma – red.) bilər, hətta ailədə psixoloji münaqişələrin yaranmasının qarşısını alacaq və ailə münasibətlərini möhkəmləndirəcək. Əgər tərəflər nikah bağlamaq istəyirlərsə, müqavilə yalnız onların xeyrinə olacaq: əmlak bölgüsündə problem olmayacaq, çünki onlar əmlak öhdəliklərini əvvəlcədən üzərinə götürüblər”, - E.Səfərov qeyd edib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu - nazir müavinini bitirən səbəblər
ƏƏSMN-in “boz kardinalı” hesab olunan İlqar Rəhimov nazirlikdəki
Bu gündən ölkə qış rejiminə keçir
Bu gündən ölkə qış rejiminə keçir - dövlət qurumları "hazırıq" deyir
Noyabrın 15-dən sonra ölkədə qış rejiminə keçilir. Bu gündən etibarən
reklam
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
O əlavə edib ki, ixrac missiyaları həm Azərbaycan məhsulları üçün ənənəvi
Padarçöldə yük maşını aşdı
Padarçöldə yük maşını aşdı - Yaralanan var
XİA.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil
Qobustanda  ev yanıb
Qobustanda ev yanıb
Qobustan rayonunun Cəngi kəndində ev yanıb.
 
XİA.az - TƏQDİMAT