"Əmək bazarında kifayət qədər ixtisassız işçi qüvvəsi var" - Nazir

"Əmək bazarında kifayət qədər ixtisassız işçi qüvvəsi var"
"Məşğulluq bazarında fəaliyyət göstərən kifayət qədər ixtisassız işçi qüvvəsinə malikik. Lakin bu o demək deyil ki, onların səriştəsi və bacarığı yoxdur. Əksinə, bu insanların nəsildən-nəslə ötürülən səriştə və bacarıqları mövcuddur".
XIA.az Report-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması" mövzusunda keçirilən konfransda deyib.

Nazir bildirib ki, həmin şəxslərin rəsmi təsdiq sənədi yoxdur. Ona görə də qeyri-formal və informativ bacarıqlarının tanınması mexanizminin yaradılması böyük əhəmiyyətə malikdir.

S.Babayev qeyd edib ki, Azərbaycanda kifayət qədər insan hər hansı peşə müəssisəsini və ya ali təhsil müəssisəsini bitirməyib, lakin istehsal prosesində böyük bacarıqlara yiyələnib: "Ona görə də çərçivəni tam şəkildə müəyyən etdikdən sonra peşə standartlarını hazırlamalıyıq. Əvvəllər hazırlanmış və köhnəlmiş 270 peşə standartı müasir dövrün tələblərinə uyğunlaşdırılmalıdır. Ölkədə 8 pilləli təhsil modelinə keçildiyindən bu standartlar yenilənməlidir".
Nazir əlavə edib ki, dünyada 6 min peşə var və Azərbaycan bazarının ən azı 95 faizini əhatə edən 1000 peşə üzrə standartların hazırlanması yekunlaşdırılmalıdır: "İnsanların qeyri-formal və informativ bacarıqlarını nə şəkildə tanıyacağımıza, onların sertifikatlaşmasını hansı formada həyata keçirəcəyimizə dair mexanizmi müəyyənləşdirməliyik. Bu mexanizm Azərbaycanın əmək bazarına töhfə verəcək. Bu, insanların şirkətlərdə işini rahatlaşdıracaq və böyük ixtisaslı işçi qüvvəsinə çıxış imkanı yaradacaq".

Onun sözlərinə görə, beynəlxalq təşkilatlarla və Təhsil Nazirliyi ilə birgə aktiv əməkdaşlıq aparılır: "Qısa müddətdə sənədlərin hazırlanmasını təmin edə bilərik. Ali təhsil müəssisələrinin məzunları heç də əmək bazarında tam təmsil olunmur. Çünki əmək bazarının əksəriyyəti orta ixtisas və peşə təhsilinə malik insanlardır".

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu - nazir müavinini bitirən səbəblər
ƏƏSMN-in “boz kardinalı” hesab olunan İlqar Rəhimov nazirlikdəki
Bu gündən ölkə qış rejiminə keçir
Bu gündən ölkə qış rejiminə keçir - dövlət qurumları "hazırıq" deyir
Noyabrın 15-dən sonra ölkədə qış rejiminə keçilir. Bu gündən etibarən
reklam
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
O əlavə edib ki, ixrac missiyaları həm Azərbaycan məhsulları üçün ənənəvi
Padarçöldə yük maşını aşdı
Padarçöldə yük maşını aşdı - Yaralanan var
XİA.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil
Qobustanda  ev yanıb
Qobustanda ev yanıb
Qobustan rayonunun Cəngi kəndində ev yanıb.
 
XİA.az - TƏQDİMAT