"Peşə təhsilinin inkişafı işsizliyin arada qaldırılmasına töhfə verir" - Ceyhun Bayramov

"Peşə təhsilinin inkişafı işsizliyin arada qaldırılmasına töhfə verir"
"İnsan kapitalının əhəmiyyətinin artdığı və rəqabətin yüksək olduğu müasir dövrdə fərdlər, cəmiyyət və iqtisadiyyatın inkişafı üçün informal və qeyri-formal üsullarla əldə edilmiş bacarıqların və səriştələrin tanınması böyük əhəmiyyət kəsb edir".
Bunu təhsil naziri Ceyhun Bayramov "İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, ölkədə bacarıqların bu yolla tanınması və bundan sonra əmək bazarına daxil olmaq istəyən şəxslərin peşə ixtisasını təsdiq edən sənədin icbariliyi peşə təhsilinə marağın əhəmiyyətli dərəcədə artmasına və məşğulluğa bilavasitə təsir göstərəcək.
Nazir bildirib ki, peşə təhsilinin inkişafı insan kapitalının formalaşmasına, gənclər arasında məşğulluğun təmin edilməsinə, işsizliyin arada qaldırılmasına töhfə verir.

C.Bayramov əlavə edib ki, aidiyyatı dövlət qurumlarının, sahibkarların, işəgötürən təşkilatların nümayəndələrinin, yerli və beynəlxalq ekspertlərin daxil olduğu işçi qrup tərəfindən "Vətəndaşların peşə-ixtisas təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədi ilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası" hazırlanıb.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu - nazir müavinini bitirən səbəblər
ƏƏSMN-in “boz kardinalı” hesab olunan İlqar Rəhimov nazirlikdəki
Bu gündən ölkə qış rejiminə keçir
Bu gündən ölkə qış rejiminə keçir - dövlət qurumları "hazırıq" deyir
Noyabrın 15-dən sonra ölkədə qış rejiminə keçilir. Bu gündən etibarən
reklam
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
O əlavə edib ki, ixrac missiyaları həm Azərbaycan məhsulları üçün ənənəvi
Padarçöldə yük maşını aşdı
Padarçöldə yük maşını aşdı - Yaralanan var
XİA.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil
Qobustanda  ev yanıb
Qobustanda ev yanıb
Qobustan rayonunun Cəngi kəndində ev yanıb.
 
XİA.az - TƏQDİMAT