Əbülfəs Qarayev UNESCO-nun nəzdində fəaliyyət göstərən Beynəlxalq Teatr İnstitutunun prezidentini qəbul etmişdir

Əbülfəs Qarayev UNESCO-nun nəzdində fəaliyyət göstərən Beynəlxalq Teatr İnstitutunun prezidentini qəbul etmişdir
Azərbaycan Respublikasının mədəniyyət naziri cənab Əbülfəs Qarayev UNESCO-nun nəzdində fəaliyyət göstərən Beynəlxalq Teatr İnstitutunun prezidenti cənab Mohamed Saif Əl-Əfhamı qəbul etmişdir.

Görüş zamanı BTİ ilə Azərbaycan arasındakı mədəni əlaqələr müzakirə olunmuş və gələcəkdə bu əlaqələrin daha da möhkəmləndirilməsiməqsədilə yeni təkliflər irəli sürülmüşdür. Nazir Əbülfəs Qarayev Beynəlxalq Teatr İnstitutu ilə Azərbaycan teatrları arasında münasibətlərinmütəmadi olaraq inkişaf etdirilməsi və yeni mədəni layihələrin həyata keçirilməsi məsələlərinidiqqətə çatdırdı.

Mohamed Saif Əl-Əfham 5 noyabr tarixində start götürən V Bakı Beynəlxalq Teatr Konfransında iştirak etmək üçün Azərbaycana səfər etməkdən məmnunluğunu bildirmişdir. Söhbət əsnasında onun Əl-Füceyrədə keçirilən Beynəlxalq Monodram Forumunun prezidenti olduğu vurğulanmışdır. Mohamed Saif Əl-Əfhamrəhbəri olduğu bu forumda Azərbaycanlı teatr xadimlərinin də iştirak etməsi arzusunu bildirmişdir.

Eyni zamanda BTİ-nin Dünya Konqresinin 2020-ci ildə Azərbaycanda keçirilməsi məsələsi də müzakirə olundu.

Görüş V Bakı Beynəlxalq Teatr Konfransının əhəmiyyəti və gələcəkdə qarşılıqlı birgə layihələr mövzusunda müzakirələrlə davam etdi.

​Daha sonra Mohamed Saif Əl-Əfham Bakıda keçirilən konfransın yüksək səviyyədə təşkili üçün cənab nazirə öz minnətdarlığını bildirdi.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Xeyli miqdarda aksiz markasız spirtli içki aşkarlanıb
Xeyli miqdarda aksiz markasız spirtli içki aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin
Gömrükçülər qanunsuz yolla keçirilən mobil telefonlar aşkarladı
Gömrükçülər qanunsuz yolla keçirilən mobil telefonlar aşkarladı
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat
Vergilər Nazirliyindən taksi sürücülərinə XƏBƏRDARLIQ
Vergilər Nazirliyindən taksi sürücülərinə XƏBƏRDARLIQ
Ölkəmizdə taksi xidməti əsasən fərdi sahibkarlıq subyektləri üzərində
reklam
Neonasistlər provokasiyaya əl atırlar
Neonasistlər provokasiyaya əl atırlar
Neonasistlər qrupu Berlində yəhudilərə məxsus 70 mağaza, təşkilat və
Avstriya prezidenti casus qalmaqalının tam şəkildə araşdırılmasını tələb edib
Avstriya prezidenti casus qalmaqalının tam şəkildə araşdırılmasını tələb edib
Avstriyanın dövlət başçısı Aleksander Van der Bellen ölkəsində Rusiyaya
Göygöldə iki maşın toqquşdu, ölən var
Göygöldə iki maşın toqquşdu, ölən var
Göygöl rayonunun Balçılı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
 
XİA.az - TƏQDİMAT