Azərbaycanda əcnəbi uşaqların hüquqları daima diqqət mərkəzindədir

Dövlət Miqrasiya Xidmətində uşaqlarla görüş
Azərbaycanda əcnəbi uşaqların hüquqları daima diqqət mərkəzindədir
Dövlət Miqrasiya Xidmətində 20 noyabr “Ümumdünya uşaq hüquqları günü” ilə əlaqədar 20 oktyabr – 20 noyabr tarixlərində elan olunan “Uşaq Hüquqları aylığı” çərçivəsində Azərbaycanda qaçqın statusu almış və qaçqın statusu almaq üçün müraciət edən ailələrdə böyüyən uşaqların iştirakı ilə tədbir keçirilib.

Tədbiri DMX-nın Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsinin rəisi Aydan Seyidova açaraq uşaqlara günün mahiyyəti ilə bağlı məlumat verib. Bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı mütərəqqi addımlar, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğı nəinki Azərbaycan, hətta ölkəmizdə yaşayan əcnəbi uşaqların da taleyində əhəmiyyətli rol oynayır.

Qeyd edilib ki, əcnəbi uşaqların yerli şəraitə uyğunlaşdırılmaları, onların təhsilləri, asudə vaxtlarının səmərəli təşkili, hüquqlarının həyata keçirilməsinin daha da yaxşılaşdırılması ilə bağlı qanunvericilikdən irəli gələn məsələlər hər zaman diqqət mərkəzindədir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının sektor müdiri Turan Cahangirova insan hüquqlarının tərkib hissəsi olan uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlətimizin uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib. Sonda uşaqlara müxtəlif hədiyyələr təqdim olunub.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Xeyli miqdarda aksiz markasız spirtli içki aşkarlanıb
Xeyli miqdarda aksiz markasız spirtli içki aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin
Gömrükçülər qanunsuz yolla keçirilən mobil telefonlar aşkarladı
Gömrükçülər qanunsuz yolla keçirilən mobil telefonlar aşkarladı
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat
Vergilər Nazirliyindən taksi sürücülərinə XƏBƏRDARLIQ
Vergilər Nazirliyindən taksi sürücülərinə XƏBƏRDARLIQ
Ölkəmizdə taksi xidməti əsasən fərdi sahibkarlıq subyektləri üzərində
reklam
Neonasistlər provokasiyaya əl atırlar
Neonasistlər provokasiyaya əl atırlar
Neonasistlər qrupu Berlində yəhudilərə məxsus 70 mağaza, təşkilat və
Avstriya prezidenti casus qalmaqalının tam şəkildə araşdırılmasını tələb edib
Avstriya prezidenti casus qalmaqalının tam şəkildə araşdırılmasını tələb edib
Avstriyanın dövlət başçısı Aleksander Van der Bellen ölkəsində Rusiyaya
Göygöldə iki maşın toqquşdu, ölən var
Göygöldə iki maşın toqquşdu, ölən var
Göygöl rayonunun Balçılı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
 
XİA.az - TƏQDİMAT