DSX ilə AMEA arasında “Niyyət Sazişi” imzalanıb

DSX ilə AMEA arasında “Niyyət Sazişi” imzalanıb
Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsi üçün DSX tərəfindən elmi-texniki tərəqqinin nailiyyətlərinin xidməti-döyüş fəaliyyətində geniş istifadə edilməsinə, xidmətin təşkilində innovativ məh­sul­ların, yüksək texnologiyaların və kreativ həllərin tətbiqinə ciddi əhəmiy­yət verilir.

Bu sahədə Dövlət Sərhəd Xidməti tərəfindən Azərbaycan Respubli­kasının Milli Elmlər Akademiyası və onun nəzdində fəaliyyət göstərən Yük­sək Texnologiyalar Parkı ilə qarşılıqlı faydalı münasibətlər qurulmuş, dövlət sərhədinin mühafizəsi üzrə elmi tədqiqatların, təcrübə-konstruktor işlə­rinin aparılması və sərhəd mühafizə orqanlarının xidməti fəaliyyətində tət­biqi üzrə əməkdaşlığın inkişafı təmin edilmişdir.

2018-ci ilin 07 noyabr tarixində Dövlət Sərhəd Xidmətinin aparatında Dövlət Sərhəd Xidməti ilə Milli Elmlər Akademiyası arasında “Niyyət Sazişi”nin imzalanması mərasimi keçirilmişdir. Niyyət Sazişində AMEA-nın Yük­sək Texnologiyalar Parkında dövlət sərhədinin mühafizəsi təyinatlı müxtəlif növ silahların, döyüş sursatlarının, mühəndis-texniki sistemlərin və qoruyucu hərbi geyim formalarının hazırlanması üzrə əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Sənədi imzalayan Milli Elmlər Akademiyasının Prezidenti Akif Əlizadə və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tədbir iştirakçıları qarşısında çıxış edərək dövlət sərhədlərinin etibarlı mühafizə­si­nin təşkili üçün müasir texniki nailiyyətlərin tətbiqinin xüsusi əhə­miyyət kəsb etməsini vurğulamış və birgə fəaliyyətin uğurlu da­vamı sayəsində qarşıya qoyulan məqsədlərin gerçəkləşəcəyinə əminliklərini ifadə etmişlər.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Xeyli miqdarda aksiz markasız spirtli içki aşkarlanıb
Xeyli miqdarda aksiz markasız spirtli içki aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin
Gömrükçülər qanunsuz yolla keçirilən mobil telefonlar aşkarladı
Gömrükçülər qanunsuz yolla keçirilən mobil telefonlar aşkarladı
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat
Vergilər Nazirliyindən taksi sürücülərinə XƏBƏRDARLIQ
Vergilər Nazirliyindən taksi sürücülərinə XƏBƏRDARLIQ
Ölkəmizdə taksi xidməti əsasən fərdi sahibkarlıq subyektləri üzərində
reklam
Neonasistlər provokasiyaya əl atırlar
Neonasistlər provokasiyaya əl atırlar
Neonasistlər qrupu Berlində yəhudilərə məxsus 70 mağaza, təşkilat və
Avstriya prezidenti casus qalmaqalının tam şəkildə araşdırılmasını tələb edib
Avstriya prezidenti casus qalmaqalının tam şəkildə araşdırılmasını tələb edib
Avstriyanın dövlət başçısı Aleksander Van der Bellen ölkəsində Rusiyaya
Göygöldə iki maşın toqquşdu, ölən var
Göygöldə iki maşın toqquşdu, ölən var
Göygöl rayonunun Balçılı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
 
XİA.az - TƏQDİMAT