Dövlət Baytarlıq Xidmətində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə tədbir keçirilib

Dövlət Baytarlıq Xidmətində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə tədbir keçirilib
Dekabrın 28-da Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətində 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə tədbir keçirilib.
Bayram əhval-ruhiyyəsində, xüsusi tərtibatla bəzədilmiş zalda musiqili-əyləncəli proqramla başlayan tədbirdə Dövlət Baytarlıq Xidmətinin rəisi Bayandur Rzayev çıxış edərək kollektivə xoş arzularını çatdırıb, onları bayramlar münasibəti ilə təbrik edib.
Tədbirdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis olunmasında ulu öndər Heydər Əliyevin xidmətlərindən və bu həmrəyliyi gündən-günə möhkəmləndirən Prezident İlham Əliyevin daxili və xarici siyasətinin səmərəli nəticələrindən söz açılıb, eləcə də başa vurmaqda olduğumuz il ərzində Dövlət Xidmətinin əldə etdiyi uğurlardan danışılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına müraciəti iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirdə çıxış edənlər Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd olunmasının əhəmiyyətindən danışıb, müxtəlif ölkələrdə 60 milyonadək azərbaycanlının yaşadığını diqqətə çatdırıblar. Qeyd olunub ki, azərbaycanlılar müxtəlif ölkələrdə yaşasalar da, milli birlik və həmrəylik ideyaları onları birləşdirir.
Həmçinin çıxışlarda xidmət əməkdaşlarının dövlət qayğısı ilə əhatə olunduğu diqqətə çatdırılıb.
Tədbir ziyafətlə davam edib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Sülhəddin Əkbər: “Kibercinayətkarlığa qarşı mərkəz yaradılmalıdır; panika
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
Türkiyənin “Pegasus Airlines” aviaşirkəti martın 15-dən başlayaraq
Güclü külək Bakıda fəsadlar törətdi
Güclü külək Bakıda fəsadlar törətdi
Paytaxtda müşahidə olunan kəskin hava şəraitindən insanlar qorunsa da,
reklam
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Ekspertlərdən Paris görüşündən sonra yayılmış bəyanata maraqlı
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ölkə ofisinin rəhbəri
Struktur dəyişikliyi ETSN-ə çatdı
Struktur dəyişikliyi ETSN-ə çatdı
Yanvarın 16-da prezident İlham Əliyev “Azərbaycan Respublikası Ekologiya
 
XİA.az - TƏQDİMAT