FHN-in İdman-Sağlamlıq Mərkəzində ilin yekunlarına həsr olunmuş tədbir keçirilmişdir

FHN-in İdman-Sağlamlıq Mərkəzində ilin yekunlarına həsr olunmuş tədbir keçirilmişdir
28 dekabr 2018-ci ildə Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində ilin yekunlarına həsr olunmuş görüş və yığıncaq keçirilmişdir.

Görüşdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş idman tədbirlərində fəal iştirak etmiş, mükafat qazanmış Nazirliyin struktur qurumlarının rəhbərləri və Beynəlxalq miqyaslı tədbirlərdə, o cümlədən Avropa, Dünya çempionatları və turnirlərdə yüksək nəticələr göstərmiş idmançı-əməkdaşlar iştirak etmişdir.

Fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadənin iştirak etdiyi tədbirdə əvvəlcə Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin fəaliyyətini əks etdirən film nümayiş etdirilmişdir.

Daha sonra nazir müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə çıxış edərək, Mərkəzin işini yüksək qiymətləndirmiş, kollektivə uğurlar, idmançı-əməkdaşlara yeni ildə yeni idman zirvələrini fəth etməyi arzulamışdır.

Gənclər və İdman Nazirliyinin şöbə rəisi Fərid Mansurov və Bakı şəhər Baş İdman İdarəsinin rəisi Raqif Abbasov İdman Sağlamlıq Mərkəzinin kollektivini il ərzində qazandıqları nailiyyətlərə görə təbrik edərək, uğurlar arzulamışlar.

Daha sonra 2018-ci ilin idman tədbirlərinin yekununa əsasən fəxri yerləri tutmuş qurumlar İSM-nin təsis etdiyi müvafiq dərəcəli diplom və kuboklarla, Beynəlxalq miqyaslı yarışlarda nəticələr göstərmiş idmançı-əməkdaşlar isə fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar. Həmçinin qurum rəhbərlərinə qazanılan yüksək nəticələrə və idmançılarına göstərdikləri dəstəyə görə fəxri fərmanlar təqdim edilmişdir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Sülhəddin Əkbər: “Kibercinayətkarlığa qarşı mərkəz yaradılmalıdır; panika
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
Türkiyənin “Pegasus Airlines” aviaşirkəti martın 15-dən başlayaraq
Güclü külək Bakıda fəsadlar törətdi
Güclü külək Bakıda fəsadlar törətdi
Paytaxtda müşahidə olunan kəskin hava şəraitindən insanlar qorunsa da,
reklam
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Ekspertlərdən Paris görüşündən sonra yayılmış bəyanata maraqlı
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ölkə ofisinin rəhbəri
Struktur dəyişikliyi ETSN-ə çatdı
Struktur dəyişikliyi ETSN-ə çatdı
Yanvarın 16-da prezident İlham Əliyev “Azərbaycan Respublikası Ekologiya
 
XİA.az - TƏQDİMAT