2018-ci ildə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 626 mənzilin verilməsi təmin olunub

2018-ci ildə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 626 mənzilin verilməsi təmin olunub
İndiyədək bu kateqoriyadan olanlara təqdim edilən mənzillərin sayı 6,7 minə çatıb

Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin və bu döyüşlərdə əlil olmuş şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların yeni mənzillərlə təminatı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasətinin əsas istiqamətlərindən biridir.

1 avqust 2018-ci il tarixdə Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə daha 35 mənzilin təqdim olunması mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirak etməsi də həssas qruplara yüksək diqqətin, qayğıkeş münasibətin növbəti ifadəsi olub. Həmin tədbirdə dövlətimizin başçısı “İlin sonuna qədər nəzərdə tutulan rəqəm əlavə 170 mənzil və fərdi evdir. Bununla belə, nəzərə alsaq ki, hələ də növbədə kifayət qədər insan var, - təqribən 4 minə yaxın insan növbədədir, - mən əlavə vəsait ayıraraq bu il minimum daha 300 mənzilin alınması ilə bağlı qərar qəbul edəcəyəm” deyə bildirib.

Beləliklə, dövlət başçısının 2 avqust 2018-ci il tarixli Sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2018-ci ildə əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılıb ki, bu da 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin kateqoriyalardan olanlara nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzilin təqdim edilməsinə imkan verib.

Qeyd olunan 35 mənzilin verilməsindən sonra nazirlik tərəfindən Abşeron rayonunun Məmmədli kəndində yeni yaşayış binalarından alınmış 145 mənzil və Mehdiabad qəsəbəsində 72 mənzil, Bakının Qaradağ rayonunda 200 mənzil, İmişli rayonunda 54 mənzil, Şamaxı rayonunda 36 mənzil, o cümlədən regionlarda fərdi evlər şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim olunub.

Bununla da 2018-ci il 31 dekabr tarixinə ölkədə mənzillə təmin edilmiş əlil və şəhid ailələrinin sayı 6,7 minə çatıb.

Prezident cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, 2019-cu ildə azı 800 mənzilin qeyd olunan kateqoriyalara aid şəxslərə verilməsi nəzərdə tutulur.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Sülhəddin Əkbər: “Kibercinayətkarlığa qarşı mərkəz yaradılmalıdır; panika
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
Türkiyənin “Pegasus Airlines” aviaşirkəti martın 15-dən başlayaraq
Güclü külək Bakıda fəsadlar törətdi
Güclü külək Bakıda fəsadlar törətdi
Paytaxtda müşahidə olunan kəskin hava şəraitindən insanlar qorunsa da,
reklam
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Ekspertlərdən Paris görüşündən sonra yayılmış bəyanata maraqlı
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ölkə ofisinin rəhbəri
Struktur dəyişikliyi ETSN-ə çatdı
Struktur dəyişikliyi ETSN-ə çatdı
Yanvarın 16-da prezident İlham Əliyev “Azərbaycan Respublikası Ekologiya
 
XİA.az - TƏQDİMAT