2018-ci il ərzində Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 123 613 müraciət daxil olub

2018-ci il ərzində Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 123 613 müraciət daxil olub

2018-ci il ərzində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 123 613 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində il ərzində 85 054 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 38 559 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində il ərzində 14 321 sənəd (6806 ərizə, 7515 məktub) qəbul olunub və qeydiyyata alınıb.

2018-ci ilin dekabr ayı ərzində Vətəndaşların Qəbulu Mərkəzində 2018 vətəndaşa xidmət göstərilib. Həmin dövrdə 1127 sənəd (462 ərizə, 665 məktub) qəbul olunub və qeydiyyata alınıb. Telefon Məlumat Mərkəzində isə dekabr ayı ərzində 8582 zəng qəbul edilib.

Daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu, şagirdlərin bir məktəbdən digərinə yerdəyişməsi, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) və digər bu kimi məsələləri əhatə edib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır
Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır - VİDEO
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər respublikada yol
Gəncə Dövlət Universitetində nə baş verir?
Gəncə Dövlət Universitetində nə baş verir? - TƏLƏBƏLƏR İMTAHANLARDAN KÜTLƏVİ ŞƏKİLDƏ KƏSİLİR + Vide
Gəncə Dövlət Univerisitetində qış imtahan sessiyasında yüzlərlə tələbə
Prezident Xoşbəxt Yusifzadəni doğum günü münasibətilə təbrik edib
Prezident Xoşbəxt Yusifzadəni doğum günü münasibətilə təbrik edib
Prezident İlham Əliyev SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt
reklam
Yol polisi də hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq etdi
Yol polisi də hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq etdi - DİQQƏT
Rüfət Quliyev: “Sürücülük təcrübəsi 3 ildən az olanlar belə hava
Binəqədi rayonuda Rumıniyanın Mədəniyyəti Günü ilə bağlı tədbir keçirilmişdir
Binəqədi rayonuda Rumıniyanın Mədəniyyəti Günü ilə bağlı tədbir keçirilmişdir
15 Yanvar 2018 – ci il tarixində Binəqədi rayonu ərazisində yerləşən dahi
 
XİA.az - TƏQDİMAT