Çoxdan arzulanan yeniliyin tətbiqinə başlandı - Az qazananlara çox güzəşt

Çoxdan arzulanan yeniliyin tətbiqinə başlandı

Dekabrın 21-də Nazirlər Kabineti “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nı təsdiq edib. İşçi sayı 1-dən 10-a, illik gəlirləri 200 min manatadək olanlar mikro sahibkarlıq, işçi sayı 11-dən 50-dək, illik gəlirləri 200 min manatdan 3 milyon manatadək olanlar kiçik sahibkarlıq, işçi sayı 51-dən 250-dək, illik gəlirləri 3 milyondan 30 milyon manatadək olanlar orta sahibkarlıq, işçi sayı 251 və ondan yuxarı, illik gəlirləri 30 milyon manatdan yuxarı olanlar isə iri sahibkarlıq subyektləri hesab olunur.

Ekspertlər sahibkarlıq subyektlərinin bölgüsü məsələsini Sputnik Azərbaycan-a şərh ediblər. İqtisadçı-ekspert Rəşad Həsənov deyib ki, Azərbaycanda sahibkarlıq kateqoriyalarının müəyyənləşdirilməsi ilə bağlı fərman 2017-ci ildə verilib və bu, Nazirlər Kabinetinin üzərinə qoyulub.

“Vergi Məcəlləsinə edilən son dəyişikliklər konkret olaraq bölgünün daha dolğun şəkildə aparılması zərurətini formalaşdırıb. Çünki Vergi Məcəlləsinə dəyişikliklər 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minib və burada mikro, kiçik və orta sahibkarlar üçün güzəştlər nəzərdə tutulub. Bunun tətbiqi üçün konkret olaraq meyarların müəyyən edilməsinə ehtiyac var idi” – Həsənov bildirib.

Onun sözlərinə görə, xüsusilə mikro sahibkarlar üçün nəzərdə tutulan güzəştlər sahibkarlığın inkişafına təsirini göstərə bilər: “Bu güzəştlər mikro sahibkarlıq, özünüməşğulluq, ailə təsərrüfatları və s. bu kimi istiqamətlərdə əhəmiyyətli ola bilər. Bölgünün aparılması növbəti dövrlərdə sahibkarlığın tədqiq olunmasına, bu sektorda xüsusi dövlət proqramlarının, təşviq mexanizmlərinin hazırlanmasına, statistikanın keyfiyyətinin artırılmasına, real vəziyyətin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərəcək”.

“Bölgünün aparılması bu istiqamətdə nisbətən daha məqsədli proqramların həyata keçirilməsinə və təşviq mexanizmlərinin hazırlanmasına kömək göstərə bilər” – deyə iqtisadçı əlavə edib.

İqtisadçı-ekspert Fuad İbrahimov da deyib ki, bu addım sahibkarlığın inkişafına təkan verəcək: “Qeyri-neft sektorunun inkişafı üçün bu metodlar ölkədə çoxdan tətbiq edilməli idi. Ümumiyyətlə, bazar iqtisadiyyatında hər hansı bir sahənin, məsələn, qeyri-neft sektorunun inkişafı üçün bölgü tədbirləri həyata keçirilməlidir. Bölgünün aparılması ilə qeyri-neft sektorunun inkişafında əməli işlər görə biləcəyik. Eyni zamanda, bu addım mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin tərəqqisinə töhfəsini verəcək”.

Qeyd edək ki, illik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir. Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəliri” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.

Yeni yaradılan sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlar kimi müəyyənləşdirilməsində onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən 1 il müddətində müəyyən edilmiş işçilərin say göstəricisi əsas götürülür.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır
Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır - VİDEO
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər respublikada yol
Gəncə Dövlət Universitetində nə baş verir?
Gəncə Dövlət Universitetində nə baş verir? - TƏLƏBƏLƏR İMTAHANLARDAN KÜTLƏVİ ŞƏKİLDƏ KƏSİLİR + Vide
Gəncə Dövlət Univerisitetində qış imtahan sessiyasında yüzlərlə tələbə
Prezident Xoşbəxt Yusifzadəni doğum günü münasibətilə təbrik edib
Prezident Xoşbəxt Yusifzadəni doğum günü münasibətilə təbrik edib
Prezident İlham Əliyev SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt
reklam
Yol polisi də hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq etdi
Yol polisi də hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq etdi - DİQQƏT
Rüfət Quliyev: “Sürücülük təcrübəsi 3 ildən az olanlar belə hava
Binəqədi rayonuda Rumıniyanın Mədəniyyəti Günü ilə bağlı tədbir keçirilmişdir
Binəqədi rayonuda Rumıniyanın Mədəniyyəti Günü ilə bağlı tədbir keçirilmişdir
15 Yanvar 2018 – ci il tarixində Binəqədi rayonu ərazisində yerləşən dahi
 
XİA.az - TƏQDİMAT