Zaqatalada gənclər üçün SYSLAB təlim mərkəzi yaradılır

Zaqatalada gənclər üçün SYSLAB təlim mərkəzi yaradılır
Mərkəzə bu ilin sonuna qədər 100-dək gənc cəlb olunacaq

Cari ilin ilk rübü ərzində Zaqatala rayonunda ilk dəfə işaxtaran gənclər üçün SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) təlim mərkəzi fəaliyyətə başlayacaq.

Mərkəz BMT İnkişaf Proqramı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə layihəsi olan, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə icra edilən “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi çərçivəsində yaradılır. Burada ilk dəfə işaxtaran gənclərə müasir üsullar, innovativ metodlar əsasında iş axtarışı bacarıqlarının öyrədilməsi məqsədilə təlimlər təşkil olunacaq və təlimlərə bu ilin sonuna qədər 100-dək gənc cəlb ediləcək.

Onlara işəgötürənlə ilkin əlaqələrin qurulması, işəgötürənə öz bilik və qabiliyyətini təqdim etmə, işə qəbul üçün müsahibəyə hazırlaşma, sahibkarlıq, sistemli biznes, ofis işi və s. istiqamətlər üzrə müasir bilik və bacarıqlar öyrədiləcək.

Layihə çərçivəsində ötən dövrdə müvafiq müddətlərdə Bakı, Sumqayıt şəhərlərində, Masallı rayonunda belə mərkəzlər fəaliyyət göstərib. Son illərdə isə Gəncə şəhərində də SYSLAB təlim mərkəzi yaradılıb və hazırda fəaliyyətini davam etdirir

İndiyədək həmin təlim mərkəzlərinə 800-ə qədər gənc cəlb edilib ki, onların əksəriyyəti təlimlər zamanı yiyələndikləri bilik və bacarıqlar hesabına ayrı-ayrı müəssisələrdə işlə təmin olunublar.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Texnika hazır vəziyyətə gətirildi
Texnika hazır vəziyyətə gətirildi - Anar Nəcəfli
Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi proqnoza əsasən
Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb
Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva
reklam
İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib
İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib
Yanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş
Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır
Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır - VİDEO
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər respublikada yol
Gəncə Dövlət Universitetində nə baş verir?
Gəncə Dövlət Universitetində nə baş verir? - TƏLƏBƏLƏR İMTAHANLARDAN KÜTLƏVİ ŞƏKİLDƏ KƏSİLİR + Vide
Gəncə Dövlət Univerisitetində qış imtahan sessiyasında yüzlərlə tələbə
 
XİA.az - TƏQDİMAT