HƏYATIMI POLİSLƏR XİLAS ETDİ

HƏYATIMI POLİSLƏR XİLAS ETDİ
Daxili işlər orqanları əməkdaşının köməksiz vəziyyətdə olan vətəndaşlara necə qayğı və həssaslıqla yanaşdığını sübut etməyə ehtiyac yoxdur. Çünki dəfələrlə bunun şahidi olmuşuq və mütəmadi olaraq DİN rəhbərliyinə bu mövzuda yüzlərlə təşəkkür məktubları göndərilib.
Belə hadisələrin biri də fevral ayının 5-də Xaçmaz rayonu Xudat şəhərində baş verib. Ərazidə avtopatrul xidmətini yerinə yetirən Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları, polis serjantları Şahin Qocayev və Nurəddin Həmzəyev şəhər mərkəzində bir nəfər şəxsin anidən yerə yıxıldığını görüblər. Bu hal ətrafdakılar arasında çaşqınlığın yaranmasına səbəb olsa da, onlar özlərini itirməyib, dərhal huşsuz vəziyyətdə olan vətəndaşa yaxınlaşıblar. Nəbzini yoxlayanda ürək döyüntülərinin kəskin azaldığını görən polis əməkdaşları vaxt itirmədən ona ilk tibbi yardım göstəriblər. Yalnız bundan sonra həmin şəxsin halı yaxşılığa doğru dəyişib və polis əməkdaşları onu xidməti avtomobillə tez bir zamanda Xudat şəhər mərkəzi xəstəxanasına çatdırıblar. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra vətəndaşın səhhəti tamamilə normallaşıb.
Daha sonra polis əməkdaşları həmin şəxsin Xudat şəhər sakini Rəhim Qasımov olduğunu müəyyənləşdirərək ailəsinə məlumat veriblər.
Rəhim Qasımovla görüşəndə cəfakeş polislərimizdən razılığını bildirdi: “Mənim 32 yaşım var. Xoş havalarda şəhəri gəzməkdən həzz alıram. Həmin gün gəzməyə çıxmışdım. Daha sonra baş verənləri xatırlamıram. Gözlərimi açanda özümü xəstəxanada gördüm. Yanımda dayanan həkim bildirdi ki, polislər vaxında özlərini yetirib, lazımi kömək göstəriblər...
R.Qasımov artıq evə buraxılıb. Ailəsi Rəhimin həyatını xilas edən Şahin Qocayev və Nurəddin Həmzəyevə övladlarına həssaslıqla yanaşdıqlarına görə öz minnətdarlıqlarını bildirirlər.
Polis əməkdaşları isə hər zaman köməyə ehtiyacı olan hər bir şəxsə öz kömək əllərinin uzatmağı özlərinəinsanlıq və vəzifə borcu bildiklərini qeyd ediblər.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Həbs olunmuş dünya çempionuna atmaca:
Həbs olunmuş dünya çempionuna atmaca: - Orada şeir yazarsan
Arvadını döydüyü üçün həbs edilən budo döyüş idman növü üzrə dünya
Gələn həftə hava kəskin soyuyacaq
Gələn həftə hava kəskin soyuyacaq
Azərbaycanda fevralın 17-nə gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə
Prezidentdən Siyavuş Novruzovla bağlı sərəncam
Prezidentdən Siyavuş Novruzovla bağlı sərəncam
Prezident İlham Əliyev Milli Məclisin deputatı Siyavuş Novruzovun təltif
reklam
Narkoloji Mərkəzdəki “yanğın işi”:
Narkoloji Mərkəzdəki “yanğın işi”: - İntihar etmək istəyirdimsə, camaatı niyə yandırırdım?
Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla
Venesuelaya qarşı yeni sanksiyalar
Venesuelaya qarşı yeni sanksiyalar
ABŞ Venesuela hökumətinə qarşı yeni sanksiyalar tətbiq edib. Bu haqda ABŞ
Qohumlar birləşib, zavodun 75 min manatını “əritdi”
Qohumlar birləşib, zavodun 75 min manatını “əritdi”
İsmayıllıda istehsalat müəssisəsində dəfələrlə oğurluq edən dəstə
 
XİA.az - TƏQDİMAT