Xocalıda yaxınlarını itirmiş DYP komandiri: - "Qisasımızı alacağıq"

Xocalıda yaxınlarını itirmiş DYP komandiri:

Çox təssüf ki, ermənilər bizim humanist duyğularımızdan hər zaman istifadə edib
Bu gün Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 1-ci tağımının şəxsi heyəti Xocalı soyqırımının ildönümü ilə əlaqədar anım tədbiri keçirib. Saray postunda baş tutan tədbirdə çıxış edən tağım komandiri, polis mayoru Ürfət Şükürov bildirib ki, o özü də Xocalı soyqırımına məruz qalmış şəxslərdən biridir. Onun da ailəsinin bir neçə üzvü ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib. Tağım komandiri bildirib ki, bu acı nəinki təkcə Xocalıları, bütün xalqımızı incidir. Əminəm ki, bütün şəhidlərin qanı gec-tez alınacaq. Bunun üçün təkcə Azərbaycan əsgəri deyil, polis də vətənin keşiyində dayanıb və döyüş əmrinə hər zaman hazırdır.

Xocalıda tağım komandiri olmuş keçmiş döyüşçü Zahid Cabbarov çıxış edərək bildirib ki, faciənin iştirakçısı olub. " Mən o günü xatırlayanda bütün bədənim donur. Ermənilər yer üzərinə səpələnmiş iyrənc məxluqlardır. "Biz Xocalıda döyüş yoldaşlarımızdan birinin qisasını almaq üçün erməni tərəfdən gələn bir maşını saxlamaq istədik. Lakin görəndə ki, maşında sürücüdən başqa qadın və uşaq var əlimiz o maşına güllə atmağa qalxmadı. Ermənilər bizim bu humanistliyimizi bildiyi üçün o uşağı maşının qabaq hissəsinə tutmuşdular. Biz o maşına heç nə etmədik. Amma bizim yerimizə ermənilər olsaydı o maşını yandırar, uşağı süngüyə keçirərdi. Çox təssüf ki, ermənilər bizim humanist duyğularımızdan hər zaman istifadə edib. Amma mən bunu da qeyd etmək istəyirəm ki, bu cür müsibətdən sonra erməni uşağına əl qaldırmaram. Bizim əsas günahımız türk və müsəlman olmağımızdır.
Bu faciəni ötən əsrin əvvəllərində babalarımız yaşayıb, 50-ci illərdə deportasiya ilə atalarımız yaşayıb, mən də Xocalıda yaşadım. Amma istəmirəm ki, mənim övladlarım bu faciələri yaşasın."

Tədbirdə çıxış edən tarixçi İmaməli Quliyev ermənilərin tarixi saxtakarlıqlarından söz açıb. Onların digər xalqların tarixini, ənənələrini necə saxtakarlıqla öz adlarına çıxdığını qeyd edib. Bildirib ki, etmə illər bütün insanlığa qarşı olan bir toplumdur.
Ermənilər harda olubsa həmin dövlətlərə problem yaradıblar. Hətta Rus imperiyasınin dəstəyi ilə Cənubi Qafqaza yerləşdiriləndən sonra xalqımıza qarşı bu murdar siyasətə başladılar. Onlar xalqımızın gözünü qorxuzub bizim torpaqlara yiyələnmək istədilər. Lakin bu gün Azərbaycan qüdrətli dövlətdir və növbəti döyüş əmrində torpaqlar mütləq geri qaytarılacaq.
Tədbirdən sonra şəhidlərin ruhuna ehsan süfrəsi açılıb.
Xocalıda yaxınlarını itirmiş DYP komandiri:
Xocalıda yaxınlarını itirmiş DYP komandiri:
Xocalıda yaxınlarını itirmiş DYP komandiri:

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü olub
Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü olub
Fevralın 27-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan
Gürcüstanın Prezidenti Salome Zurabişvilinin rəsmi qarşılanma mərasimi olub
Gürcüstanın Prezidenti Salome Zurabişvilinin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Gürcüstanın Prezidenti xanım
Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri səfir Zoltan Hernyes Gəncədədir
Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri səfir Zoltan Hernyes Gəncədədir
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Avropa Şurasının
reklam
Akşənər:
Akşənər: - Xocalı türk millətinə qarşı olan qətliamdır
Xocalı qətliamı türk millətinə qarşı edilmiş bir qanlı qətliamdır.
TRT World Xocalı soyqırımı ilə bağlı Bakıdan canlı yayım etdi
TRT World Xocalı soyqırımı ilə bağlı Bakıdan canlı yayım etdi - VİDEOLAR
Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı Bakıda keçirilən hüzn
Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Tibb Universitetində Xocalı soyqırımının 27-ci ildönümünə həsr
 
XİA.az - TƏQDİMAT