XOCALI SOYQIRIMININ QURBANLARI YAD EDİLİB

XOCALI SOYQIRIMININ QURBANLARI YAD EDİLİB
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, fevralın 26-da Tərtər Rayon Polis Şöbəsində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Əvvəlcə Xocalı soyqırımı zamanı canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən Tərtər RPŞ-nin rəisi, polis polkovniki Elçin Qasımov Xocalı faciəsi haqqında ətraflı məlumat verərək bu dəhşətli faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söyləyib. Erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən soyqırımının ağır nəticələrindən danışıb, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların dəhşətli işgəncələrə məruz qaldıqlarını bildirib. O qeyd edib ki, Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı olmaqla, bəşəriyyət əleyhinə qanlı cinayətdir. Dünyanın sülhsevər insanları, sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları, ictimaiyyət bu acı həqiqəti bilməli, insanlığa qarşı törədilən cinayət öz hüquqi qiymətini almalıdır.
Qeyd olunub ki, erməni qəsbkarları tərəfindən zəbt olunmuş Azərbaycanın əraziləri etnik təmizləməyə məruz qalmış, 1 milyondan artıq azərbaycanlının öz doğma yurd-yuvalarından didərgin düşmüşdür. Beynəlxalq təşkilatlar tərəfindən münaqişə ilə bağlı qəbul edilmiş çoxsaylı sənədlərə məhəl qoymayan Ermənistan rəhbərliyi buna görə məsuliyyət daşıyır.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü olub
Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü olub
Fevralın 27-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan
Gürcüstanın Prezidenti Salome Zurabişvilinin rəsmi qarşılanma mərasimi olub
Gürcüstanın Prezidenti Salome Zurabişvilinin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Gürcüstanın Prezidenti xanım
Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri səfir Zoltan Hernyes Gəncədədir
Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri səfir Zoltan Hernyes Gəncədədir
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Avropa Şurasının
reklam
Akşənər:
Akşənər: - Xocalı türk millətinə qarşı olan qətliamdır
Xocalı qətliamı türk millətinə qarşı edilmiş bir qanlı qətliamdır.
TRT World Xocalı soyqırımı ilə bağlı Bakıdan canlı yayım etdi
TRT World Xocalı soyqırımı ilə bağlı Bakıdan canlı yayım etdi - VİDEOLAR
Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı Bakıda keçirilən hüzn
Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Tibb Universitetində Xocalı soyqırımının 27-ci ildönümünə həsr
 
XİA.az - TƏQDİMAT